"Gələcəyimizi qoruyaq" layihəsinin ikinci mərhələsinə start verilib

1 oktyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Ağcabədi rayon E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbin informatika müəllimi Fərzəliyev Dəyanətin "Gələcəyimizi qoruyaq" adlı layihəsinin II mərhələsinin icrasına başlanılıb.

Layihənin ikinci mərhələsi çərçivəsində məktəb psixoloqları üçün Qarabağ Autizm Reabilitasiya Mərkəzinin psixoloqları tərəfindən təlimlərin keçirilməsinə başlanılıb.

"Gələcəyimizi qoruyaq" layihəsinin əsas məqsədi Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən 51 nəfər məktəb psixoloqlarının işinə  dəstək verməkdir.

24 sentyabr 2018-ci il tarixində Ağcabədi Rayon Təhsil şöbəsinin AKT zalında layihənin açılış mərasimi olmuşdur. Tədbirdə Ağcabədi Rayon Təhsil şöbəsinin müdiri, psixoloqu və digər əməkdaşları, Rayon məktəb direktorları, şəhər məktəblərinin psixoloqları, Qarabağ autizm reabilitasiya mərkəzinin psixoloqları və digər qonaqlar iştrak etmişdirlər. Açılışda layihənin məqsədi və qarşıda duran vəzifələr haqqında iştrakçılara ətraflı məlumat verilmişdir. Tədbir zamanı iştrakçılar tərəfindən verilən suallar cavablandırılmış, təklif və rəylər nəzərə alınmışdır.

Layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.

72d50a7f4b215a0ee94e2dd7a7556817.jpg

dbd13bcd2624783498aa17d1c4b1badc.jpg

55d67764af6b8eac05cf9e75364dbbbf.jpg

178b188f25f2f7d939711e959d46e5a9.jpg

Mənbə:arti.edu.az