Güllər ünsiyyət vasitəsidir - Florist güllərin mənalarından danışır

Psixoloq.az bildirir ki, istənilən mənzərəni gözəlliyi ilə bəzəyən gülləri sevməyən adamlar çox azdır. Güllər öz gözəlliyi, zərifliyi və ətri ilə, xüsusilə də xanımları məftun edir. Lakin insanlar gülləri yalnız gözəlliyinə görə deyil, həm də onların mənalarına, insanın həyatına olan təsirinə görə də sevirlər. Belə ki, hələ qədim zamanlardan hesab olunurdu ki, güllərin öz dili var. Güllər insanın deyə bilmədiklərini deyir və qəlbin dərinliyində donan hissləri əridir. Əsrlər boyu insanlar güllərlə sevgisini, sevincini, kədərini, tənhalığını bildirirdi.Lakin tədricən güllərin mənaları unuduldu.Azərbaycanda ilk onlayn gül dükanı florist.az startup  layihəsinin  və  ABŞ ın New York  şəhərində fəaliyyət göstərən magicbouquets.com  dükanının təsisçisi Yaqub  Kazımovun sözlərinə görə, güllərin dilinə dair məlumatların bəziləri bu gün də məlumdur: “Alıcılar əsasən qızılgüllərə maraq göstərirlər.Güllər eyni zamandada komunikasiya vasitəsi kimidə istifadə olunur və bu komunikasiya modeli ilə  demək olar ki,istənilən emosiyanı ifadə etmək mümkündür.Sadəcə insanların əksəriyyəti qızıllgülləri sevgi və ehtiram rəmzi olaraq təqdim etsələr də unudurlar ki, hətta nifrət hissini belə gül təqdim edərək tərənnüm etmək olar . Daha çox qırmızı qızılgüllərə maraq olsa da, ağ, sarı,çəhrayı rənglərini bəyənənlər də var. Ümumiyyətlə,  gül əsrlərin sınağından keçib. Ona qarşı maraq indiyə kimi itməyib. Yaqub Kazımov bildirib ki,  güllər rənginə və sayına görə fərqli məna verir. Hamıya məlum olduğu kimi qırmızı qızılgüllər ehtiraslı sevgi rəmzi olaraq qəbul edənə “səni sevirəm” mesajını çatdırır. Çəhrayılar isə hədiyyə etdiyin insana qarşı incə hisslərin varlığını göstərir. Qırmızı ilə ağ qızılgüllərin vəhdətindən ibarət gül dəstələri birlik, sarılar sevinc mənasını verir.

96e4be6d1be0cd7674d972e2527eb266.png

  • Qırmızı gül: Eşq, ehtiras, şəhvət, hörmət, ürəklilik, çəkingənlik, utancaqlıq
  • Tünd çəhrayı gül: Minnət, təşəkkür, təqdir
  • Mərcan rəngli gül: Arzu, istək, həsrət, gözəllik
  • Bənövşəyi gül: Əbədi eşq.
  • Açıq çəhrayı gül: Zəriflik, incəlik, məmnuniyyət, kef, heyranlıq, sevimlilik, qərarsızlıq, nəzakətlilik
  • Ağ gül: Məsumiyyət, saflıq, təmizlik, gizlilik, hörmət, təvazökarlıq, qorxu, layiq olma, sirr saxlama, azadlıq
  • Sarı-çəhrayı – Ağ alacalı gül: Sosial, yoldaş canlısı
  • Sarı gül: Sevinc, dostluq, yoldaşlıq, iftixar, məmnuniyyət, isti sevgi, qısqanclıq, məyusluq
  • Lavanta rəngli gül: İlk fikirdə aşiq olmaq, sehr, sirr
  • Narıncı gül: Cazibə, heyranlıq, istək, həvəs, səy
  • Mavi gül: İlahi Eşq, taysız-bərəbərsizlik, dostluq
  • Tünd Moruğu gül – matəm
  • Çəhrayı gül – mükəmməl xoşbəxtlik
  • Tünd Göy gül – dostdan artıqsan mənə
  • Qara gül – nifrət

0353b394db7c6943acea34e710e9a0a1.jpeg

Xoş günlər və ya təltif etmək üçün tək sayda güllər, matəm xarakterli olduqda isə əsasən cüt sayda güllərdən istifadə olunur. Say etibarı ilə isə aşağıdakı saylardan mesaj xarakterli istifadə edə bilərsiniz.

1 gül – sən mənim həyatımsan.3 gül – səninlə dünyanın sonuna kimi getməyə hazıram.5 gül – mən səni sevirəm.7 gül – nişan günü verilir.9 gül – mən sənə dost kimi hörmət edirəm.101 gül – 100 güllər içində mənim 1 dənəmsən.

Qırmızı olsun, ağ və ya sarı güllər tək başlarına və ya dəstə halında bir çox şey deyirlər. Əgər çiçəklərin dilinə və fərqli rənglərin mənalarına bir az hakim olsanız, hədiyyə olaraq göndərdiyiniz çiçəyin həqiqi mənasını biləcəksiniz və hətta ona xüsusi bir məna vermə şansınız da olacaq. Həmçinin seçim etməkdə və ya mənasının yalnış ola biləcəyini düşündüyünüz halda, sizin üçün qeyd etdiyimiz bu güllərdən də istifadə edə bilərsiniz.

1. Aster (çayırçiçəyi) – əbədi məhəbbət simvolu.2. Qırmızı kameliya – sən mənim qəlbimin atəşisən.3. Ağ qərənfil – sən gözəlsən, məsumsan.4. Qırmızı qərənfil – səni heç vaxt unutmayacam.5. Sarı qərənfil – məni məyus etdin, etiraz.6. Jasmine – məni nə vaxtsa sevəcəksən?7. Süsən (iris) – gözəl kompliment əvəzi.8. Lavanda – mən məhəbbətimi tapdım.9. İnciçicəyi – məni kaprizlərinlə niye üzürsən?10. Ağ lilya (zanbaq) – məsumluq, təmizlik.11. Sarı lilya – saxta sima.12. Maqnoliya – xeyirxahlıq, xüsusi diqqət.13. Mimosa – mən hisslərimi gizlədirəm.14. Nərgiz – qarşılıqlı sevgi, arzu.15. Səhləb (orxideya) – sevgi, gözəllik, cazibədar xanım.16. Pion (buynuzbas) – xoşbəxt həyata dəvət.17. Çəhrayı və qırmızı qızıl gül – məhəbbət, əlçatmaz səadət.18. Ağ qızıl gül – sən əvəz edilməzsən.19. Sarı qızılgül – səni sevirəm.20. Tikansız qönçə – ilk baxışdan vuruldum.21. Qırmızı zanbaq – mən səni sevirəm.22. Bənövşə – sevgimizi sirr olaraq saxlayaq.23. Xrizantema – sən yaxşı dostsan.

Gül hədiyyə edərkən hisslərinizi daha doğru ifadə etmək üçün www.florist.az saytından və ya +99 455 529 33 06 ,+99 412 408 85 69  əlaqə telefozlarına zəng edərək dəstək və gül sifariş edə bilərsiz