İndiki dövrdə boşanmaların artdığını hamımız yaxşı bilirik. Bəs bu boşanmalar niyə durmadan artır? Bəzi insanlar kişili, qadınlı deyirlər ki, münasibətlərimiz soyumuşdu. Artıq əvvəlki həyəcan qalmamışdı. Amma bu bir səbəb deyil. Çünki ailə asan qurula bilər bəlkə, amma asan dağılmır. İndiki cavan nəsil evliliyi uşaq oyuncağına çeviriblər deyən, yaşlı nəslin nümayəndələri də az deyil. Böyük problemlər olduqda boşanmaq olar bəlkə, amma bunu da 100 ölçüb, bir biçməlisiniz.
Həyatınızda aşağıda yazdığımız kimi kişi varsa, onu itirməyin. Hətta belə kişi varsa, onun üçün əlinizdən gələni edin ki, həyatınızda qalmağa davam etsin. Çünki indiki dövrdə belə kişi tapmaq çətindir. Buyurun oxuyun.
Səbəbsiz yerə sizi qucaqlayırsa,
Xəstə olanda sizə baxırsa,
Ailəniz onu sevir və hörmət edirsə,
Ailəniz və yaxınlarınızla dil tapa bilirsə,
Yorğun-arğın işdən gəldikdən sonra yataqda sizi qucaqlamaq üçün oyaq qalırsa,
Makiyajsız daha gözəl olduğunuzu deyirsə,
Ən sevdiyiniz şeyləri bilirsə və onları sizin üçün edirsə,
Dava etdiyiniz zaman həmin gün sizinlə barışırsa,
Heç bir ev işi üçün "Bu qadın işidir" demir və sizə kömək edirsə,
Sizə qarşı qıcıq yaradan insanlara nifrət edirsə,
O biri otaqdan sizə heyranlıqla baxırsa,
Gecə bir səs eşitdiyiniz vaxt qorxduğunuzu anlayıb, evə baxırsa,
Sizi anası ilə qarşılaşdırmırsa,
Yata bilmədiyiniz zaman sizinlə birlikdə oyaq qalırsa (nə qədər yorğun olursa, olsun),
Ona aldığınız hədiyyələri istifadə edirsə,
Sizə toxunduğu an sizdə şok dalğaları yarada bilirsə,
Sizi sevdiyini hər gün qulağınıza fısıldayırsa,
Sizə hörmət edib, fikirlərinizə hörmətlə yanaşırsa,
Yanında olmağınızın doğru olduğunu hiss edirsə,
Yaxşı ata və yaxşı həyat yoldaşı ola bilirsə.
Belələrini itirməyin xanımlar.
Bu da həyat yoldaşınızdan ayrılmamağınız üçün səbəblər. Əlbəttə, hər bir yazılan hər kişiyə uyğun gəlməyə bilər amma əgər bu yazdıqlarımızın çox hissəsi o insanda varsa, ondan ayrılmayın.