Hiperaktivlik

Hiperaktivliyin 3 əsas əlaməti var:

1)Çoxhərəkətlilik

2)impulsivlik

3)Diqqət əksikliyi

Çoxhərəkətlilik-həddindən artıq hərəkətlidirlər,bir yerdə dayana bilmirlər,ev içində qaçırlar,harasa dırmaşırlar.Sakitlik isdəyen fəaliyyəti sevmirlər.Hiperaktiv uşaqlarda zaman ve məkan fərqi olmur,onlar hər zaman hər yerdə aktivdirlər.

İmpulsivlik-öz hisslərini gizlədə bilmirlər,öz hərəkətləri barədə düşünmür,mənfi və müsbət cəhətləri müqayisə etmirler.Düşünmədən hərəkət edirlər ki,bu da bir sıra təhlükələrə yol aça bilər.Çox hündür olan ağaca çıxa bilər,ətrafa baxmadan yolu keçə bilər və s.Tələskəndirlər,digərlərinin sözünü kəsər,hər şeyə qarışar,sıra gözləməyi sevməzlər.

Diqqət əksikliyi-diqqəti bir nöqtəyə toplaya bilmirlər,dərsləri etməkdə çətinlik çəkirlər,fikirleri asanlıqla yayınır,əşyalarını tez-tez itirirlər.

Qarşısındakını dinləməmə,mövzudan yayınma kimi hallar baş verir.İşləri plansız olur.

NUPM psixoloqu Çinarə Muradova