Hiperaktivlik nədir və hiperaktiv uşaqlarla necə davranılmalıdır?

Müasir dövrümüzdə  uşaqlarda  çox rast gəlinir. Hansı ki bu problem daha çox valideynləri narahat edir və təşvişə salır.

 Hiperaktivlik əlamətləri:

Y  Aqressivlik

Y Narahatlıq

Y Boş- boşuna vurnuxma

Y Diqqət əksikliyi

Y Tez-tez əşyalarını itirmə

Y impulsivlik

Normal olaraq , beynimizdə  bu sual canlanır.Bu qədər sıxlıqla müşahidə  edilən  hiperaktivliyin səbəbləri nələrdir?

Araşdırmalara əsasən, hiperaktiv  övladı olan anaların çoxu hamiləlik dönəmində  toksikozdan, yüksək təzyiqdən əziyyət çəkirlər. Uşaqlarda  bu cür  yüksək aktivlik ən çox 3 yaşından  başlayır. Əgər  bu cür  uşaqlarda əvvəlcədən mütəxəssis yardımı  alınmazsa ,yeniyetməlik  çağlarında qaydalara tabe olmaq istəməməsi  və  digər zərərli  vərdişlər  rast  gəlinə  bilər.

 Hiperaktiv  uşaqlar  əksərən parıldayan nəsnələrə daha maraqlı  olurlar. Onlar  eyni  vaxtda  hər  şeylə  məşğul  olmaq  istəyir, qayda- qanunlara  tabe olmur,  dəcəlliklər və diqqət  əksikliyi  də  müşahidə  olunur.

Hiperaktiv uşaqlar bir sıra  müsbət  xüsusiyyətlərə də malikdirlər. Ünsiyyətə  meyilli olurlar və  hər hansı  bir şeydən dərhal  ilhamlana  bilirlər, yardımsevər xarakterə  malik olurlar. Bunlara baxmayaraq , onlar özlərini ifadə edə  bilməkdə və dost qazanmaqda çətinlik yaşayırlar.Bu çətinlik  məktəbdə  konsentrasiya problemi olaraq özünü  göstərir. Hiperaktivliyi  müəyyən  etmək  üşün xüsusi  test  yoxdur . Valideynlər bir neçə  qaydalara  riayət  etməklə  əlamətləri müəyyən dərəcədə  korreksiya  edə  bilərlər. Lakin psixoloq yardımı  mütləqdir.

Valideynlərə  məsləhət

1) Uşağınızın  uğurlarını   vurğulayın,  faydalı  davranışlarına görə  onları  tərifləyin.

2) Uşağa  icazə  verin ki, öz  enerjisini  faydalı  və  səmərəli  işlərə  sərf  etsin.Məsələn: idman hərkətləri,  təmiz havada  gəzinti və s.

3) Evdə  gündəlik işlərin planını  tutun.  Ev işləri, qida  qəbulu, yatmaq,  təmiz havada  gəzinti  bu  cədvələ  uyğun olsun

4) Övladınız oyun  oynadığı zaman  onun oyun yoldaşı  olsun  və ən əsası  narahat,səs-küylü , dalaşqan  uşaqlardan qaçsın.

5) Yox, olmaz sözlərini bacardıqca  təkrar  etməyin.

6) Uşağınız hər nə  qədər  dəcəl, hiperaktiv olsa belə, onlarla  sakit , təmkinlə danışın.

Uşaqlar  bizim gələcəyimizdir. Gələcəyimizi məhz biz öz əldə etdiyimiz nəticələrlə dəyişə bilərik. Uşaqlar xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı, gələcəyimiz və ilahi əmanətdir..

a95f215c9a7afdf6715daa3df8ccaadb.jpeg

Yazar : Psixoloq Aysu Əliyeva