İmtahan həyəcanı və xüsusiyyətləri nələrdir?

İmtahan həyəcanı nədir?

İmtahan həyəcanını, əvvəlcədən öyrənilən biliklərin imtahan zamanında səmərəli istifadəsinə maneə yaradan və müvəffəqiyyətin azalmasına səbəb olan hal olaraq adlandıra bilərik. İmtahan öncəsində həyəcan çox insanda görünür. Həyəcanın müəyyən dərəcəyə qədər olması normaldır ancaq bu həyəcan daha çox artdığında imtahanda uğurlu nəticə əldə etməyə əngəl olur.

Həyəcan hər hansı bir stresli vəziyyətdə yaşanan təbii bir duyğudur. Hər bir emosiya bizə bir sıra mesajlar verir. Heç bir emosiyadan qaçmamalı, bu duyğuya qulaq asmalı, onun bizə demək istədiyi mesajları anlamağa və təhlil etməyə çalışmalıyıq.

İmtahan həyəcanının olub olmadığını necə bilə bilərik?

İmtahan həyəcanı yetişkin insanlara nisbətən yeniyetmələrdə daha çok görünür. Bu şagirdlərin nailiyyətlərində xeyli azalma, dərslərə gecikmələr, imtahanlar və hazırlıqlar barədə danışmaqdan imtina etmək müşahidə olunur. Onlara bu mövzu ilə bağlı verilən suallardan narahat olurlar. Diqqətin yayınması, diqqətini cəmləyə bilməməsi, fiziki şikayətlərin nəzərə çarpacaq dərəcədə artması (qarın ağrısı, ürəkbulanma, tərləmə, yuxunun pozulması, iştahsızlıq və ya əksinə, həddindən artıq yemək, aşağı əhval-ruhiyyə və s.), çox oxumağa baxmayaraq aşağı nəticələr göstərmək, imtahan sırasında dərin bir boşluq yaşanması imtahan həyəcanının göstəricilərindəndir.

İmtahan həyəcanın səbəbləri nələrdir?

Özgüvən əksikliyi, ailənin yanlış münasibəti, əvvəlki uğursuzluqların təkrarlanmasından qorxma, mükəmməlliyətci yanaşma, zamanı düzgün istifadə edə bilməmək, planlamada sıxıntı, tapşırıq və vəzifələrin təxirə salınması, ailədən və ətraf mühitdən yüksək gözləntilər, imtahan nəticələri ilə bağlı mənfi düşüncələr imtahan həyəcanının səbəbləri arasında yer almaqdadır.

İmtahan həyəcanı ilə necə mübarizə edə bilərik?

1.İmtahan öncəsində planlı və doğru dərs çalışmaq uğurlu nəticə əldə etməyin ilk adımıdır. İmtahan hazırlıqını son günə buraxmamaq lazımdır. Sağlıqlı bəslənmə, yuxu rejiminə diqqət etmək çox önəmlidir. İmtahan qaydalarını öncədən öyrənmək və imtahan yerini öncədən ziyarət etmək imtahan  günü o yere adaptasiya olmağa yardım edəcəkdir.

2. İmtahan günündə imtahan yerinə nə çox gec nə də tez getməməyə çalışın. Doğru nəfəs alıb vermək, mənfi düşüncələri idarə etməyə çalışmaq bu həyəcanı yenməyə yardım edəcəkdir.

3. İmtahan sonrasında nəticələrdən asılı olmayaraq özünüzü mükafatlandırın. İmtahan sırasında etdiyiniz yanlışlar üzərində durmaq, yanlışları araşdırmaq, bir sonraki imtahan üçün bunları etməməyə yardım edəcəkdir.