İnsanlar günün hansı saatında daha xoşbəxt olur? Aparılan maraqlı bir araşdırma maraqlı bir nəticə üzə çıxardı.
Saat 15:00-16:00 arasında xoşbəxtlik hormonu olan endorfin ən yüksək həddə çatır. Bu, idmanla məşğul olmaq üçün də ən yaxşı saatdır. Çünki bu saatda təyziq və qan dövranı yaxşı işləyir.
05:00 günə hazırlaşmaq saatıdır. Bədəndə kortizon səviyyəsi getdikcə artmağa başlayır.
06:00-07:00 saatlarındakı səhər yeməyindən sonra bədən oyanmağa başlayır. Orqanizm 60 faiz işə hazırdır. Həzm sistemi səhər saatlarında çox yaxşı çalışır.
08:00-09:00-da nəbz və təzyiq artmağa başlayır.
Saat 10:00-11:00 arasında insanın dinamikliyi, fəallığı artır.
12:00-da orqanizm istirahətə ehtiyac duyur.
Nahar vaxtı - saat 13:00-da insanın iş qabiliyyəti 20 faiz azalır.
Saat 17:00-dən sonra adrenalin ən yüksək həddə çatır.
Axşam yeməyi üçün ideal vaxt 18:00-dur. Bu saatda mədəaltı vəz, qaraciyər yaxşı işləyir.
Saat 19:00-dan sonra isə orqanizm tənbəlləşməyə başlayır.
Saat 20:00-dan sonra orqanizm qəbul etdiyi yağları toplamağa başlayır.
Artıq 21:00-dan sonra istirahət zamanıdır. Bu saatdan sonra yemək yemək məsləhət deyil. Çünki qəbul edilən qidalar həzm edilmir və səhərə kimi mədədə qalır.
Saat 23:00-dan sonra yuxu saatıdır. Professorun sözlərinə görə, gecə saatlarında işləyənlər daha çox xəta edirlər. diqqət son dərəcə azalır. Gecə saatlarında stress hormonu sürətlə artmağa başlayır.