Kəskin hava dəyişmələri uşaqlarda infeksiyaların yayılmasına səbəb olur.

Psixoloq.az xəbər verir ki, tanınmış pediatr-parazitoloq dr.Sevinc Əliyeva yaz aylarında havaların kəskin dəyişməsi nəticəsində uşaqlar arasında kəskin visprator infeksiyaların geniş yayılması ilə bağlı valideynləri diqqətli olmağı tövsiyyə edir. Bu virus infeksiyaların növündən asılı olmayaraq uşaqlarda çox yüksək hərarətin olması,

baş ağrıları,

boğaz ağrıları,

halsızlıq,

iştahsızlıq,

qarın ağrısı,

qusma, oyümə kimi əlamətlərlə özünü biruzə verir.

Dr.Sevinc Əliyeva bu müddət ərzində virusun gedişinin izlənilməsi üçün 3 gün müddətində uşaqlara bol maye içirtməyi, vitamin C tərkibli qidalar, sular və şirələrin qəbulu və dərman vasitələrindən az istifadə olunmasını tövsiyyə edir.

Bundan əlavə Dr.Sevinc Əliyeva qeyd edib ki  bu viruslarda hərarətin 39-40 dərəcədə olması valideynləri narahat etməməlidir. Çünki bədən immun sistemini virusa qarşı gücləndirir deyə müasir tibbdə tempraturun bir müddət 38.5 dərəcəyə qədər qalması məsləhət görülür deyə vurğulayıb 

Psixoloq.az