Diqqət əksikliyi və hiperaktivlik pozuntusu uşaqlıq dövründə başlayan və yetkinlikdə də davam edən neyroinkişaf pozuntusudur. Bu pozuntu adətən özünü 3 əsas sahədə göstərir:
1. Diqqət əksikliyi
2. Hiperaktivlik
3. impulsivlik
Məişətdə valideynlər bu diaqnozun elmi adını bilməsələr də, daha çox belə şikayətlər edirlər:
-Sanki daima fikri başqa yerdədir.
-Xəyal dünyasındadır.
-Əl-qolunu idarə edə bilmir.
-Tez-tez nəyisə itirir.
-Çox unutqandır.
-Beş dəqiqəlik işi 3 saata görür.
-Onu buyur, dalınca yüyür.
-TV qarşısında saatlarla oturur,amma dərsin başına oturan kimi gah acıyır, gah tualeti gəlir , gah yuxusu gəlir və yatmaq istəyir .
Bəs niyə bu mövzu önəmlidir ?
DƏHP akademik, kariyera,ailə və sosial mühitlərlə bağlı ciddi çətinliklərə səbəb olur. Erkən diaqnoz və düzgün yanaşma ilə bu çətinliklərlə işləmək mümkündür.DƏHP-li şəxslər " tənbəl",' ərköyün " və s. kimi damğalanmalara məruz qalır.Onların davranışlarının altında yatan nevroloji səbəblər tapılmalıdır.
DƏHP simptomları aşağıdakılardır:
-Diqqət dağınıqlığı;
-Hədsiz dərəcədə hərəkətlilik;
-Basladığı işi sona qədər çatdıra bilməmək;
-Növbəsini gözləyə bilməmək ;
-Oturmaq bacarığının zəif olması;
-Motor qoşulmuş kimi hərəkət etmək;
-Sürətli danışmaq ;
-Marağın davamsız olması və s.
Diqqət əksikliyi və hiperaktivlik pozuntusu uşaqlarda 5-12 %, yetkin şəxslərdə 4,4% etibarilə rast gəlinir. Bu diaqnozun qoyulması üçün bir neçə mühüm qaydalar var ki,onlardan biri bu simptomların 12 yaşdan öncə başlaması lazımdır.Simptomlar yalnız bir mühitdə( təkcə evdə , təkcə məktəbdə ) görülməsi kifayət etmir.İki və daha çox mühitdə , məsələn həm evdə ,həm məktəbdə müşahidə olunmalıdır.
DƏHP diaqnozu olan şəxslərdə tez-tez başqa psixoloji və ya nevroloji problemlər də müşayiət olunur. Bunlara komorbid vəziyyətlər deyilir:
1. Təşviş pozuntuları
2. Depressiya
3.Davranış pozuntuları
4. Öyrənmə çətinliyi- Disleksiya
5. Tik pozuntuları
6. Yuxu problemləri
Təbiidir ki belə olduğu zaman diaqnozla işləmək daha da ağırlaşır və uzun zaman tələb edir. Mütləqdir ki, bu diaqnozdan əziyyət çəkən övladı olan valideynlər dərhal problemin üzərinə düşməli və mütəxəssisə müraciət etməlidir.
Psixoloq Aysu Əliyeva
Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.