Kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar-Psixoloq Elnarə İsazadə

Psixoloq.az xəbər verir ki, Psixoloq Elnarə İsazadə özünün sosial şəbəkkə hesabında Kişilər haqqında maraqlı paylaşım etmişdir.Həmin paylaşımı sizlərə təqdim edirik 

1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar.

2. Kişilər təbii gözəlliyi olan qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur.

3. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə daha çox sevgi dolu davranır.

4. Kişilər münasibətdə ilk “səni sevirəm” deyən tərəf olmaqdan çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda olduqca açıqdır.

5. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini çox sevirlər.

6. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət onlarla yaxından maraqlandıqları mənasını vermir.

Psixoloq.az