Kokoloji şəxsiyyət testinin əsası psixologiya professoru Isamu Saito və Tadahiko Nagao tərəfindən qoyulmuşdur. Bu testə təməli psioloji faktlara əsaslanan bir növ özünü kəşf etmə oyunu da deyə bilərik.
Başlamadan öncə kiçik bir xatırlatma,
Ağlınıza ilk gələn cavabı qeyd edin
Cavabları təxmin etməyə çalışmayın
Özünüzə qarşı dürüst olun
Test 1. Məhkəmə salonunda çəkilən bir filmdə aktyorsunuz. Aşağıdakılardan hansını oynayardınız?
a. Vəkil
b.Dedektiv
c. Cinayətkar
d. Şahid
Cavablar
Aktyor sizin sosyal mənliyinizi və ətrafa sərgilədiyin üzünüzü təmsil edir. Seçdiyiniz rol isə kriz anında necə reaksiya verdiyinizi izah edir.
a. Ən çətin vəziyyətdə belə soyuqqanlısınız və sizi tər tökən görmək mümkün deyil. Lakin gərgin durumlarda ortaya çıxan başqa bir mənliyiniz də var. Məhdudiyyətləri unudacaq qədər od püskürən və lazım gələrsə partlamağa hazır bir savaşçısınız.Bu soyuqqanlılıq və atəşlilik sizi hər zaman ən ümidsiz vəziyyətlərdə belə düzlüyə çıxarır.
b. Xaos və qarışıqlıq sizə təsir etmir. Başqaları özünü itirəndə belə siz sakit düşünə bilirsiniz. Ətrafınızdakılar bu xüsusiyyətinizə hörmət edir və çətin vəziyyətdə qaldıqda sizdən kömək istəyirlər.
c. İlk baxışda güclü və laqeyd görünsəniz də, əslində mübarizəni sonuna qədər aparmaq üçün gücünüz kifayət etmir. İşlər çətinləşdikcə, təşvişə düşür vaxt itirirsiniz, problemləri həll etmək yerinə özünüzü danlamağa başlayırsınız. Edə biləcəyiniz ən yaxşı şey problemlərinizi praktik yolla həll edə bilən daha təcrübəli biri ilə əməkdaşlıq etməkdir.
d. Hər vəziyyətdə uyumlu və yardımsevər olaraq görünsəniz də, başqalarını razı salmaq üçün sərf etdiyiniz enerji sizi bir o qədər yorur. Hər kəslə hər zaman yaxşı keçinmək istəyi tutarsız hətta güvənilməyəcək birinə çevirir. Hərəkətləriniz başqalarını xoşbəxt vəya bədbəxt edib etmədiyini düşünməyi bir kənara qoymalısınız. Özünüzü sübut etməniz gərəkən tək insan özünüzsünüz.
Uzm Psixoloq Gülnarə Muxtarova