Tanınmış həkim xəbərdarlıq etdi -Koronovirusun gətirdiyi stress,çaxnaşma immunitetinizi zəiflədir

Psixoloq.az xəbər verir ki,dünyada eləcədə də ölkəmizdə ətrafında böyük müzakirələr aparılan Koronovirus barədə yayılan xəbərlər, fikir mübadilələri,insanlarda təşviş pozuntularının artmasına səbəb olur.Bu barədə özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edən tanınmış cərrah transplatoloq Dr Bəhruz Səlimov virusun psixoloji təsirlərinin immuniteti zəyiflətdiyini vurğulayıb.Həmin paylaşımı oxuyucularımıza olduğu kimi təqdim edirik.

Koronavirus epidemiyası ətrafında panika bütün dünyada ağlasığmaz dərəcəyə çatıb. Məndə bir sıra məsləkdaşlarım kimi bu məsələyə soyuq qanlı yanaşmaq istədim.1. Koronavirus infeksiyası min illərdir var və tarixdə heç bir kütləvi ölümlərə səbəb olması qeydə alınmayıb. Adi mövsüm xəstəliklərindən biridir. Bəzən heç əlamət vermir. Bir çox insanda isə özünü öskürək, burun axması və qızdırma ilə biruzə verir.2. Koronovirusa yoluxan və diaqnostika edilən (yoluxub və diaqnostika edilməyən insanlarda olur ki bu insanlarda xəstəliyin ən xırda əlaməti belə olmur) insanların 20-26 %-da sətəlcəm (ağ ciyər iltihabı) əmələ gəlir. Hal-hazırki hesablamalara görə xəstələrin 2% ölür. Lakin, statistik araşdırmalar ölümün real riskinin, xəstəliyin bütün zəyif və yumuşaq keçən formalarını da hesaba qataraq əslində 0.3%-0.8% kimi, yəni daha aşağı olduğunu göstərir.3. İndi isə ən qorxuducu məlumat! : Adi qripdən dünyada il ərzində 290 000-dən 650 000-dək insanın həlak olduğunu bilirsinizmi?!! Xəstələnənlərin illik sayısının 3 000 000-5 000 000 aralığında olduğunu götürdüğümüzdə bu 4.8-dan 20 -dən çox faiz təşkil edir!!! İndi isə düşünün koronavirusdan olan qat-qat daha aşağı olan ölüm riskini yuxarıdaki ilə nisbətdə şişirtməyə ehtiyac var mı?!4. Ölüm riski ən çox kişi cinsi (70%), 60 yaşından yuxarı (85%) və yanaşı ağır xəstəlikləri olanlarda görülür.5. Bundan başqa bədbəxt hadisə, aclıq, çirkli su, dərmanların yan təsirindən saysız-hesabsız ölümlər olur. Nədənsə bunları heç kim gündəmə gətirmir!6. Yaranmış vəziyyət kimin üçün əlverişli ola bilər? - Əvvəla bütün dərman sənayesinə; dərman vasitələri, qoruyucu vasitələr, dezinfeksiya məhlulları, xüsusi qeyimərin satışları kəskin şəkildə artır. İkincisi, müəyyən siyasi güclərdir; ləğv səyahətlər, pozulmuş sözləşmələr, tibbi izləməyə (karantin) görə dayanmış istehsalat və s. səbəblərdən yaranmış iqtisadi zərərləri düşünün.7. Nəzərə alın ki, virusdan savayı məhz stress və çaxnaşma (panika) müqavimətinizi (immunitetinizi) zəyiflədir. Gözəl xəbərlər oxuyun, gülün, sevinin, düzgün qidalanın, yoqa və müsbət düşüncə texnikası ilə məşğul olun!80e6951beaeecc700c351e25d593836e.jpg