Bir çox valideynin problemi - Uşaqların məktəb fobiyasını necə həll etməli?

Məktəblərin açılmasına günlər azaldıqca bir çox valideynlər uşaqlarının məktəb fobiyası ilə rastlaşırlar. Ən çox birinci sinifə yeni qədəm qoyacaq 6-7 yaş arası uşaqlarda rast gəlinin bu fobiyanın başlıca səbəblərindən biri uşaqların həmişə valideyn nəzarətində olması və müstəqil olaraq heç nə etməmələridir. O yaşa kimi ana atasından hətta nənə babasından ayrı qalmayan uşaqlar üçün  məktəbdə 3-4 saat parta arxasında oturmaq ciddi sürətdə narahatedici və maraqsızdır. Bu hallarda bir müddət sonra uşağınız mədə ağrısı,ürək bulatısı kimi somotik simptoplarla şikayət etməyə başlayacaqdır. Məktəbə getdiyində ağlamaq, əlinizi sıxmaq, hətta müəllimlərin onunla maraqlanmadığını deyib məktəbi sevmədiyini sizin onu araya göndərməməniz üçün israr edəcəkdir.

Belə hallarda valideynlər nə etməli?

1. Məktəb qorxusu yaxud valideynsiz qala bilməmək qorxusu varsa uşaqda əvvəlcə uşağa müstəqillik aşılanmalıdır. O yaşına kimi valideyndən ayrı qalmadığı üçün məktəb müəlliməsi və valideyn ortaq çalışmalı, onun özgüvənini yaratmalıdırlar.

2.Uşağınızın məktəbdə ağlaması yaxud sizdən ayrıla bilməməsi ilə onu lağa qoyub gülməyin.

3. Uşağınızın qorxularını başa düşün və onu anladığınızı ona sakit dil ilə başa salmağa çalışın .

4. Uşağınıza təkcə qala bilməsi ilə bağlı cəsarətləndirin, ona inandığınızı söyləyib siz olmasanız belə adi problemərin öhdəsindən gələcəyinə inandırın. Bunu bacardığı zaman mütləq ki qiymətləndirin və ona hədiyyələr alın.

5. Məktəbə gedən nağıl personajları uydurun, yaxud cizgi filimləri izlədin. Ona bol bol məktəbdə xoşbəxt olan uşaqların hekayəsini danışın. Onun da bacaracağına dair özgüvən yaradıb, inandırın.

6. Məktəb alış-verişinə gedin. Orda dəftər və qələmlərin uşağınızın seçməsinə diqqət edin.

7. Ona məktəbin gözəl tərəflərini danışın. (onun anlaya biləcəyi mövzular olması şərtdir)

8. Uşağınıza niyə məktəbə getməli olduğunu başa salın.

9. Uşağınızı səhərlər maraqlı oyadın, öpərək ya da mahnı oxuyaraq oyada bilərsiniz. Səhər yeməyində onunla söhbət edin, uşağınızı bol-bol dinləyin. Məktəbdə olduğu müddətcə onun üçün darıxacağınızı söyləyin. Evə gələndə mütləq məktəbdə olanları sizə danışmasını xahiş edin, əgər özündən balaca bacısı, qardaşı varsa onlara məktəbi başa salmasını istəyin .

10. Qərarlı olun. Onun bəhanələrinə uyub bu gün də dərsə getməsin kimi halları artırmayın. Siz onu nə qədər evdə saxlasanız o qədər məktəbdən uzaq qalacaq.

11. Əgər uşağın yanında ata anasından hansı daha ciddi və sözünü keçirə biləndirsə uşağı məktəbə o aparmalıdır.

12. Mütləq ki, məktəbin qapısında uşağınızı qucaqlayın və onu sevdiyinizi deyin.

13. Heç vaxt uşağınıza şərt qoymayın. Əgər bu gün məktəbə getsən sənə istədiyin oyuncağı alacam ya da istədiyin parka gedəcəyik kimi hallar olmasın. Yalnız doğru olanı etdiyi zaman mükafatlandırın. Əks halda sonra qarşısını ala bilməyəcəksiniz. 

14. Ən əsası bu 13 maddədən sonra uşağınız hələ də məktəbə getməməkdə qərarlıdırsa mütləq məktəb psixoloquna müraciət edin.