Məqsədlərinizi heç kimə bildirməyin

Psixoloq.az bildirir ki ,əgər insanlara öz məqsədlərinizi bildirsəniz, çox güman ki siz həmin məqsədlərə çatmayacaqsınız. Psixoloqlar belə hesab edir 

1. Mütəxəssislər bu vəziyyəti 1930-cu ildən etibarən araşdırır, izləyirlər və hər dəfə onun həqiqiliyinə əmin olurlar.Alimlər bunu belə izah edirlər ki, şəxsi məqsədinizi, planınızı danışaraq, “dilə gətirərək” siz daxili “mən”-in tələbin yalançı şəkildə ödəmiş olursunuz və məqsədinizə çatmaq üçün artıq daha az təşəbbüs göstərirsiniz.

2. Ağıllı, zəkalı, savadlı insanlar özlərini dəyərləndirmir, əksinə avam və cahillər isə özləri haqda yüksək fikrə malikdirlər.İnsan nə qədər çox məlumatlı olarsa, bir o qədər də özünün haqsız olma ehtimalının mümkünlüyünü anlayır.

3. Xarici dildə düşünərkən, sizin qərarlarınız daha rasional olur.Bu onunla izah olunur ki, tərcümə zamanı ayrılıqda hər bir söz nəzərdən keçirilir, “süzülür” və siz hər şeyi daha yaxşı anlayırsınız. Bu isə öz növbəsində qərarların aydınlaşmasına gətirib çıxarır.

4. Musiqi dünya görüşümüzü, dünyaya baxşımızı dəyişə bilər.Adicə eksperiment keçirdin: sevdiyiniz filmin musiqisiz, soundtrack olmayan versiyasına baxın, yaxud digər musiqi sədaları altında izləyin. Müşahidə edəcəksiniz ki, tamamilə başqa hisslər, təəssüratlar keçirirsiniz. Bu aspektlər isə birbaşa olaraq fikir formalaşmasına təsir edir

5. Xoşbəxtliyi pulla almaq fikri.Maliyyə çətinliyi yaşayan insanlar bir qayda olaraq daha çox stress, gərginlik yaşayır, lakin insanların gəlir səviyyəsi kifayət qədər yüksək həddə gəlib çatanda onların xoşbəxtlik səviyyəsi, təsəvvürləri dəyişmir. Bu isə bir daha sübut edir ki, zənginlik xoşbəxtliyə zəmanət vermir.

6. Yeni əldə olunanlar yox, yeni təəssüratlar insanı xoşbəxt edir.Bir çox araşdırmalar göstərir ki, insanı material qazanclar həmişə xoşbəxt etmir. Əslində istirahət, restoran və s. kimi əyləncələrə xərclənən pullara qənaət etmək haqqında məsləhətlər həmişə düzgün olmur, çünk, bunlardan əldə olunan, təəssüratlar, hisslər, formalaşan fikirlər insanın əhvalını yüksəldir, ətrafa müəyyən baxışını yaradır, xoşbəxtlik, tamamlıq hissinə gətirir.Psixoloq.az