Munchausen sindromu süni xəstəlik əlamətlərinin yaradılması ilə xarakterizə edilən pozuntudur. Bu xəstəlik insanın özündə və başqasında süni xəstəlik əlamətlərinin yaratması ilə iki cür ola bilər. İnsanın özü özündə süni xəstləlik yaratması Muncahusen, başqasına yükləməsi isə Munchuasn by Proxy olaraq adlandırılır.
Munchausen sindromlu fərdlərin uşaqlıqda valideynləri tərəfindən tərk edildiyi, baxımsızlığa və sui-istifadəyə məruz qaldığı, diqqətdən məhrum olduqları, travmatik hadisələrə şahid və ya məruz qaldıqları müşahidə ediləndir. Bu fərdlərdə uşaqlıqda inkişaf etməyə başlayan mənlik hissi, yaşanan pis münasibət və davranışlardan mənfi təsirlənib. Süni olaraq yaratdıqları xəstəlik əlamətləri isə onların diqqət, təsdiq və sevgi ehtiyaclarını ödəmək üçün bir vasitə olaraq qəbul edilir. Munchausen xəstələrinin çox hissəsi səhiyyə işçiləri vəya bu sahə ilə bağlı məlumatlı insanlardır. Xəstəliyin əsas mənbəsi stresdir. Ailə, iş problemləri, stresli mühitlər, həddindən artıq məsuliyyətlər xəstəliyin davam etməsinə səbəb olur.
Munchausen sindormunun simptomları bəzən Temaruz, Somatoform və Hipoxondriya xəstəlikləri ilə qarışdırılır. Ancaq bu xəstəliklərdən fərqləndirən bəzi xüsusiyyətlər vardır. Temaruz və Munchausen Sindromu arasındakı əsas fərq, temaruz xəstələrində əldə edəbiləcəkləri ikincil bir faydanın olmasıdır. Məsələn, istənməyən bir missiyadan və ya maddi qazancdan xilas olmaq və s. Somatoform və hipokondriaziyada simptomlar şüursuz olaraq yaranır.
Başqasına yüklənən Munchausen by Proxy sindromu isə baxım verən və ya bioloji ana tərəfindən süni olaraq yaradılır. Uşaqda süni xəstəlik əlamətləri yaradan anaların çox vaxtı biyoloji və ya psixiatrik yaş problemləri vardır. Bu anaların ortalama yaş aralığı 20-25 arasında dəyişir. Munchausen by Proxy Sindromunda, anaların uşaqlıqda baxımsızlığa və istismara məruz qaldıqları, hal hazırda isə ailə problemləri yaşamaqa davam edirlər. Analar uşaqları ilə birlikdə xəstəxanaya gedəndə isə bir müddət ailə problemlərindən uzaqlaşa bilirlər. Bu onlar üçün bir rahatlıq və evliliklərinin davam etməsini uzadan bir səbəbdir.
İstismara məruz qalan uşaqların çoxunun isə yaş aralığı 0-2’dir. Uşaqların həyatlarının ilk illərindən anaları ilə arasındaki güvənli sevgi zədələnir. Böyüyündə isə bu vəziyyəti anlasalar da analarına qarşı çıxa bilmirlər. Özləri də anaları ilə birlikdə öz istismarının iştirakçısı və qurbanı olur.
Xəstəliyin müalicəsində isə təsdiqlənmiş bir müalicə sxemi olmasa da ailə və fərdlərin dəyərləndirilməsi və psixoterapevtik metodlarla müalicə edilməsi tövsiyə ediləndir. Müalicə uzun ve çətin yoldur.
İÜ-Cerrahpaşa Üniversitetinin Doktorantı
Uzman Psixoloq Elnara Maharramova