"Müsbətə köklənin, bu halda immun sistemi də güclənir"-Psixoloq Əfsanə Rüstəmova

Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə üçün görülən tədbirlərlə əlaqədar olaraq bir çox insan ya məcbur, ya da özləri istəyərək başqaları ilə təmasları minimuma endirməyi və evdə qalmağı üstün tutur. Yeni reallıqlar insanların həyat tərzini və vərdişlərini dəyişdirir.

Psixoloq.az xəbər verir ki İnsanların müvəqqəti təcrid olunmasının sosial-psixoloji aspektləri barədə psixoloq Əfsanə Rüstəmova Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hər kəsin vəziyyəti eyni deyil.

Gündəlik qazanc (hər hansı bir məcburiyyət) üçün evdən çıxanları da nəzərə alıb ictimaiyyətə eyni şəkildə təsir edəcək çağırışlar etmək lazımdır:"Məsələn, panikanı azaltmaq üçün "yaşlılar, şəkəri və sairə xroniki xəstəliyi olanlar" risk qrupuna daha çox daxildir deyilir. Bunu deyəndə ekrandan bu göstəriciləri olan neçə adamın səni eşitdiyini düşünsən.. Və o adamların da hər birinin məlumatı dərk etmə şəkli fərqlidir. Sırf bu səbəbdən qorxan insanları təşvişə salmamaq üçün daha mülayim davranmaq əsas şərtdir.

Anlamaq lazımdır ki, ölüm üçün zaman, məkan, yaş vəs. fərq etmir. Vaxtı çatıbsa, olacaq. Yeni statistika çıxdı ki, acından ölənlərin sayı koronavirusdan ölənlərin sayından 10 dəfə çoxdur. Bu mövzuda biz panika yaşayırıqmı?!Demək ki, "evdə qalmaq" çarə deyil. Əlbəttə ki, lazımı önləmləri alaraq məhdud həyat fəaliyyətini davam etdirməliyik. Bəlkə koronovirusdan 10 adam ölər, amma hərəkətsizlikdən, qorxudan, ifrat stresdən 10 minlərlə adam ölə bilər.

Psixoloji olaraq özünüzə yaxın buraxmadığınız heç nəyi yaşamırsınız. Müsbətə köklənin. Çünki, bu halda immun sistemi də güclənir, şüuraltı da müqavimət qabiliyyətli olur. Müsbət tərəfdən baxsaq müxtəlif periodlarda yaşanan bu cür keçici panikalar insanları ayıldır. Əvvəllər də bu cür risk payı olan böyük xəstəliklər olub. Tv-də senzuralı verilən məhdud məlumatlar dönəmindən, sosial media vastəsilə bütün məlumatların tirajlanması dönəminə keçdiyimiz üçün məsələ bizim üçün bu qədər "qorxuludur".Fəridə Ağazadə

sonxeber.az