Musiqiterapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur.
Psixoterapevtik üsullara əlavə vasitə kimi və müalicə, reabilitasiya, təhsil, tərbiyə, yaradıcılıq üçün istifadə olunur. Musiqi terapiyası özündə neyrofiziologiyanı, psixologiyanı, refleksologiyanı, musiqi psixologiyasını və musiqişünaslığı birləşdirir. Müasir dövrün tərbiyə və şəxsi inkişaf prosesində istifadə etdiyi universal üsul kimi gəbul olunur. Musiqinin insana psixi və fizioloji təsiri haqqda ilk məlumat verənlərdən biri Pifaqor idi. Sinir sisteminə əsaslı şəkildə təsir edən musiqi fərqli effektlər yarada bilər, bunun üçündə dinlədiyimiz musiqilərə diqqət yetirməliyik.
Çünki biz özümüzü idarə edə bilməyimiz üçün, bizi təsir altına salan proseslərin fərqinə varmalıyıq. Məsələn günün necə başlamasının, gün ərzində olacaq əhvala təsiri böyükdür və günüzü neqativ ifadələr olan mahnılardan başlasaz bu artıq sizə pozitivliyə köklənməyə böyük bir maneyədir. Eyni şəkildə yuxuya getmədən öncə dinlədiyiniz musiqi, gecə ərzində beyninizdə təkrar təkrar oxuna bilər, onun üçün səssiz şəraitdə və ya xoş musiqi sədaları altında yuxuya gedin. Sırf yuxu saatı və oyanış saatı üçün hazırladığınız musiqilər ola bilər və bununla əhvalınızı idarə edə bilərsiniz. Sağlamlığımız düşüncələrimizdən başlayır.
Dinlədiyimiz musiqilər isə düşüncə və təsvirlərimizə təsir edir buda dolayısı ilə emosional halımıza təsir edir. Gərginlik və depressiv hallarda yaranan enerqetik tıxaclar və bədən spazmları bəlli bir sıxıntılara yol açır. Kədərlənmək olmaz deyə bir qayda yoxdur ancaq bunu səhər oyanarkən və ya yatmadan öncə etsəniz ruh düşkünlüyü sizi daha uzun müddət narahat edə bilər. Ağlamağa ehtiyacınız olduqca ağlayın ama sakitləşmədən yatmayın. Özünüzü Sevin və daxili proseslərinizə hörmələ yanaşaraq, ehtiyaclarınıza qarşı diqqətli olun. Sadəcə ehtiyacları ödədikdə bunu məntiqli şəkildə edinki, özünüzə əlavə zərər yetirməyəsiniz. Həyatınız sizin əl işinizdir.
"Azərbaycan İnciləri" layihəsinin layihə rəhbərinin müavini
Psixoloq Reiki Art Terapevt Zümrüd Əsadova