Obez olmayan insanlar üçün çox normal olan vəziyyətlər, piylənmə sıxıntısı yaşayanlar üçün problem sayıla bilər. İnsanların niyə arıqlamaq istədiyini, köklüyün nə kimi zərərləri olduğunu bu yazıda piylənmə problemləri yaşayanların dilindən oxuyacaqsınız. Həmin insanların yaşadıqları çətinlikləri sizə təqdim edirik:
"Bəzən elə bilirəm ki, nəfəs ala bilmirəm. Qarın və göbək hissəm çox böyüyüb. Əyilib qalxarkən, namazda belə çətinlik çəkirəm. Ətrafımdakılar sənə nə olub, niyə belə kökəlmisən deyə soruşurlar. Bəzən övladımla oyun oynarkən enerjim çatmır və hamiləykən belə bu qədər çətinlik yaşamamışdım, yeriyərkən və nərdivan çıxarkən də çətinlik çəkirəm".
"Obezitə ictimai hayatıma çox təsir edir. Özümə inamım təəssüf ki, itdi. İstədiyimi geyinə, istədiyim şeyləri edə bilmirəm. Bu problem həyatımı çox məhdudlaşdırır".
"Artıq çəki ilə əlaqəli xəstəliklərdən qorxuram. Bədənimdən məmnun deyiləm. İstədiyim paltarı tapa bilmirəm. Hərəkətlərimin çox məhdud olması və ətrafımdakı insanların baxışları və sözləri məni narahat edir. Bir də istədiyimi geyinə bilməmək sözlə ifadə ediləz bilməz, yalnız yaşayan bilər".
"İlk öncə özüm üçün arıqlamaq istəyirəm. Güzgüyə baxanda özümü bədbəxt hiss etmək istəmirəm. Kilolarım məni assosial etdi. Evdən çıxmaq istəmirəm. Enerjim çox azdı və çox tez yoruluram. Buna görə də, arıq və enerjili olmaq istəyirəm. Mağazaya gedəndə bunlar mənə olmaz deyib dərhal çıxmaq istəmirəm".
"Daha sağlam bir həyat yaşamaq istəyirəm. Özümü kök görmək istəmirəm. Aynaya baxdıqca utanıram,çətinliklə paltar tapıram.Kürək ağrılarım çox olur və bu vəziyyət məni artıq sıxmağa başladı, getdiyim məclislərdə istehzalı baxışlarla qarşılaşıram".
"Bədənim ağrıyır və tez yoruluram.Sanki öz vücudumu daşıya bilmirəm" .
"Əvvəllər idmançı idim deyə, təbii ki formada idim, amma idmanı buraxdıqdan sonra kökəldim və dostlarım tez-tez köklüyüm haqqında danışırlar, əsəbləşirəm daha fit daha incə olmaq, yağlardan xilas olmaq istəyirəm".
Mütəxəssislərin sözlərinə görə, bədəni ilə barışıq olmayan, həddindən artıq çəkili şəxslər, bu problemin romantik, ictimai həyatlarına təsirini düşünürlərsə, mütləq psixoloji dəstək almalıdırlar. Artıq çəkili insanların özlərinə və bədənlərinə qarşı inkişaf etdirdikləri hirs, utanc, yemək yemə istəyinə səbəb ola bilər. Yedikcə çəki alır, kökəldiyini gördükcə hirs və peşmanlığı artır, bu da daha çox yeməyə sövq edə bilir. Bu vəziyyət sonsuz dövr halına gələ bilər.
Arıqlamağa qərar vermək uzun və çətin bir yola çıxmaq üçün atılan ilk addımdır. Bu yolda bəzən sürətli gedildiyi kimi, bəzən də durulur, geri addım atılır. Bütün bunlar bu prosesin normal mərhələləridir. Bu müddət ərzində durulan yerdə əzmli olub irəliyə doğru gediləcəyi kimi, ilk ilişdikləri anda yarı yolda qalına da bilir. Piylənmənin qarşısını almaq üçün tibb sahəsində davamlı yeni müalicə üsulları, prosesləri araşdırılır və tapılır. Bu cür yeni proseslərin başında obezitə əməliyyatı durur. Hətta bədən kütləvi indeksi ölçüsü 40 və üzəri olarsa cərrahi müdaxilə qəti göstəriş hesab edilir.
Həll yolunu axtarmaqdan qorxmadığınız və utanmadığınız müddətcə probleminizin həllinə bir addım daha yaxınlaşmış olacaqsınız. Çətindir amma qeyri-mümkün deyil, həyat bir qərar alma meydanıdır.