Düşünmək insanın ən böyük bacarığıdır. Bəzi şəxsi mənafeyə uyğun şərtlər, təməl inanclar sayəsində həqiqi olmayan və sübut oluna bilməyən bu düşüncələr nəticəsində insanlar həqiqəti fərqli anlayırlar. Əsasən də sıxıntılı zamanlarımızda ağlımıza gələn bu tərz düşüncələr gündəlik həyatımıza o qədər yerləşir ki, bəzən ayırd etmək çətinləşir ancaq, bir çox mənfi duygulara və psixoloji sıxıntılara səbəb ola bildiyi üçün bu cür düşüncələrin fərqində olmaq çox əhəmiyyətlidir. Bu yazıda isə məhz yeməklə bağlı xətalı düşüncələrə dair nümunələr oxuyacaqsınız. • Yemək düşməndir. • Yemək kökəldir. • Yemək ən yaxşı istirahət üsuludur. • Yemək üzərində bir idarənin olması lazımdır. Heç vaxt kifayət qədər doya bilmərəm . • Yalnız sağlamlığımıza faydalı yeməkləri yeməliyik. • Əsla az yeməklə doymağı öyrənə bilmiyəcəm • Heç vaxt yağlı yeməklər yeməməliyəm. • Yemək bütün problemlərimi həll edəcək. • Az kalorili yeməklər yeməyi vərdiş halına gətirməsəm, çox şişmanlayacam . • Qarşıma qoyulan yeməyi doymuş olsam belə mütləq bitirməliyəm. • Yemək mənim ən yaxşı yoldaşımdır. Yeməklər yaxşı (aşağı kalorili və yağsız) və pis (yüksək kalorili və yağlı) olaraq 2 yerə bölünür. Yemək ən yaxşı mükafatdır. •İndi yeməsəm və sürətlə yeməsəm başqaları yeyə bilər və mənə qalmaz. • Yeməklər məni kökəldir. • Nə yediyim haqqında düşünməsəm, zərər görə bilərəm. • Kaş ki ac qalmağa dözə bilsəydim. • Ac qalmaq və həddindən artıq zəif olmaq kök olmaqdan daha yaxşıdır. • Qayğısız və qorxusuz yemək yeməyi xəyal edə bilmirəm. • Sevdiyim bir şeyi yeməyə başlasam özümü durdura bilmərəm. • Yemək yemək mənəvi əzab çəkməkdən daha yaxşıdır. • Digər insanların yanında yemək yeməyə dözə bilmirəm . • Çox miqdarda yemək pis davranışdır yemək yemə tərzimdən utanıram. • Aclıq dəhşətdir. • Ac hiss etməməliyəm ,elə etməliyəm ki acmayım. • Başqalarının nə yeməyimi istəyirsə onu ya da başqalarının yediyini yeməliyəm. • Sosiallaşıramsa, bunun içində yemək yemək də olmalıdır. • Yemək yemə davranışlarım utandırıcıdır. Buna görə yeyərkən məni heç kim görməməlidir. • Yemək içimdəki boşluğu doldurur. • Yemək həyatda zövq aldığım tək şeydir. • Yaxşı ya da pis hiss etməyim, nə yeyib yemədiyimlə əlaqəlidir. • Yeməyi rədd etmək iradəmin güclü olduğunu göstərir. Ancaq bu vəziyyətdə məhrum olmuş və əngəllənmiş hiss edirəm. Çəki ilə əlaqəli xətalı düşüncələr • Zəif olmaq məcburiyyətindəyəm. • Zəif olmaq; xoşbəxt, müvəffəqiyyətli və mükəmməl bir həyata sahib olmaq deməkdir. • Çəki itirmədiyim zaman özümü xoşbəxt hiss edə bilmərəm. • Kök olmaq bədbəxt və zövq alınmayan bir həyat yaşamaq deməkdir. • Hər gün tərəziyə çıxmalıyam. • Əsla özümü çəkməməliyəm. • Zəif olmaq həyatda istədiyim bütün yaxşı şeylərin ilk şərtidir. • Arıqlar köklərə nisbətən daha çox sevilir. • Maqazin jurnallarının göstərdiyi çəkiyə sahib olmalıyam. • Arıq insanlar şanslıdır və nə istəsələr yeyə bilərlər. • Artıq çəkili insanlar yalnız aşağı kalorili və az yağlı qidalar istifadə etməlidir. • Xoşbəxt olmağımın tək yolu incəbel olmaqdan ya da arıq qalmaqdan keçər. • Çox şişmanam. • Gözəl görünmək xoşbəxt hiss etməkdən daha əhəmiyyətlidir. • Özümlə qürur duymağım ya da utanmağım neçə kilo olmağıma bağlıdır. • Ən böyük müvəffəqiyyətim arıq olmağımdır. • Bir neçə qram da olsa kilo almaq çox qorxuncdur. • Bir neçə kq çəkim artarsa , daha kökəlməyi durdura bilmərəm.
Obez olmayan insanlar üçün çox normal olan vəziyyətlər, piylənmə sıxıntısı yaşayanlar üçün problem sayıla bilər. İnsanların niyə arıqlamaq istədiyini, köklüyün nə kimi zərərləri olduğunu bu yazıda piylənmə problemləri yaşayanların dilindən oxuyacaqsınız. Həmin insanların yaşadıqları çətinlikləri sizə təqdim edirik: "Bəzən elə bilirəm ki, nəfəs ala bilmirəm. Qarın və göbək hissəm çox böyüyüb. Əyilib qalxarkən, namazda belə çətinlik çəkirəm. Ətrafımdakılar sənə nə olub, niyə belə kökəlmisən deyə soruşurlar. Bəzən övladımla oyun oynarkən enerjim çatmır və hamiləykən belə bu qədər çətinlik yaşamamışdım, yeriyərkən və nərdivan çıxarkən də çətinlik çəkirəm". "Obezitə ictimai hayatıma çox təsir edir. Özümə inamım təəssüf ki, itdi. İstədiyimi geyinə, istədiyim şeyləri edə bilmirəm. Bu problem həyatımı çox məhdudlaşdırır". "Artıq çəki ilə əlaqəli xəstəliklərdən qorxuram. Bədənimdən məmnun deyiləm. İstədiyim paltarı tapa bilmirəm. Hərəkətlərimin çox məhdud olması və ətrafımdakı insanların baxışları və sözləri məni narahat edir. Bir də istədiyimi geyinə bilməmək sözlə ifadə ediləz bilməz, yalnız yaşayan bilər". "İlk öncə özüm üçün arıqlamaq istəyirəm. Güzgüyə baxanda özümü bədbəxt hiss etmək istəmirəm. Kilolarım məni assosial etdi. Evdən çıxmaq istəmirəm. Enerjim çox azdı və çox tez yoruluram. Buna görə də, arıq və enerjili olmaq istəyirəm. Mağazaya gedəndə bunlar mənə olmaz deyib dərhal çıxmaq istəmirəm". "Daha sağlam bir həyat yaşamaq istəyirəm. Özümü kök görmək istəmirəm. Aynaya baxdıqca utanıram,çətinliklə paltar tapıram.Kürək ağrılarım çox olur və bu vəziyyət məni artıq sıxmağa başladı, getdiyim məclislərdə istehzalı baxışlarla qarşılaşıram". "Bədənim ağrıyır və tez yoruluram.Sanki öz vücudumu daşıya bilmirəm" . "Əvvəllər idmançı idim deyə, təbii ki formada idim, amma idmanı buraxdıqdan sonra kökəldim və dostlarım tez-tez köklüyüm haqqında danışırlar, əsəbləşirəm daha fit daha incə olmaq, yağlardan xilas olmaq istəyirəm". Mütəxəssislərin sözlərinə görə, bədəni ilə barışıq olmayan, həddindən artıq çəkili şəxslər, bu problemin romantik, ictimai həyatlarına təsirini düşünürlərsə, mütləq psixoloji dəstək almalıdırlar. Artıq çəkili insanların özlərinə və bədənlərinə qarşı inkişaf etdirdikləri hirs, utanc, yemək yemə istəyinə səbəb ola bilər. Yedikcə çəki alır, kökəldiyini gördükcə hirs və peşmanlığı artır, bu da daha çox yeməyə sövq edə bilir. Bu vəziyyət sonsuz dövr halına gələ bilər. Arıqlamağa qərar vermək uzun və çətin bir yola çıxmaq üçün atılan ilk addımdır. Bu yolda bəzən sürətli gedildiyi kimi, bəzən də durulur, geri addım atılır. Bütün bunlar bu prosesin normal mərhələləridir. Bu müddət ərzində durulan yerdə əzmli olub irəliyə doğru gediləcəyi kimi, ilk ilişdikləri anda yarı yolda qalına da bilir. Piylənmənin qarşısını almaq üçün tibb sahəsində davamlı yeni müalicə üsulları, prosesləri araşdırılır və tapılır. Bu cür yeni proseslərin başında obezitə əməliyyatı durur. Hətta bədən kütləvi indeksi ölçüsü 40 və üzəri olarsa cərrahi müdaxilə qəti göstəriş hesab edilir. Həll yolunu axtarmaqdan qorxmadığınız və utanmadığınız müddətcə probleminizin həllinə bir addım daha yaxınlaşmış olacaqsınız. Çətindir amma qeyri-mümkün deyil, həyat bir qərar alma meydanıdır.