Obsessiv-kompulsiv (sarışan-məcburi) pozuntu
Belə vəziyyətin əsas xüsusiyyəti təkrari sarışan fikirlərin və ya məcburi hərəkətlərin olmasıdır. Sarışan fikirlər stereotip şəkildə xəstənin təkrar-təkrar ağlına gələn ideyalardan, obrazlardan və ya arzulardan ibarətdir. Onlar demək olar ki, həmişə kədərləndiricidirlər və pasient adətən səmərəsiz onlara müqavimət göstərməyə çalışır. Bununla belə xəstə bu fikirləri nə qədər qeyri-iradi və pis olsalar belə özününkü sayır. Sarışan hərəkətlər və ya rituallar siereotip materialardan ibarətdir ki, xəstə onları təkrar-təkrar yerinə yetirir. Onlar zövq alma üsulu və ya faydalı məsələlərin yerinə yetirilməsində atribut deyildirlər. Bu hərəkətlər xəstənin ehtiyat etdiyi xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq üsuludur, hansı ki, əks halda baş verərək onun özünə və ya xəstə tərəfindən digər şəxsə zərər yetirə bilər. Adətən belə davranış xəstə tərəfindən mənasız və ya effektsiz kimi başa düşülür və ona qarşı təkrari cəhdlər görülür. Demək olar ki, həmişə həyəcan müşahidə edilir. Əgər kompulsiv hərəkətlər tormozlanırsa, həyəcan daha da artır.
Daxil edilib:
anankastik nevroz
obsessiv-kompulsiv nevroz
Əsasən sarışan fikirlər və ya düşüncələr (F42.0)
Onlar demək olar ki, xəstəyə əziyyət verən ideyalar, fikir obrazları və ya hərəkətə təhrik etmə formasını ala bilərlər.
Bəzən ideyalar bitkin olmurlar, gündəlik həyata aid olan adi, lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmaması
ilə əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olurlar. Sarışan düşüncələr və depressiya arasında əlaqə xüsusi
ilə sıxdır, buna görə də obsessiv-kompulsiv pozuntu diaqnozuna o halda üstünlük vermək olar ki, əgər sarışan fikirlər depressiv epizodu olmadan yaranır və ya saxlanılır.
Əsasən kompulsiv hərəkətlər [sarışan rituallar] (F42.1)
Kompulsiv məcburi hərəkətlərin əksəriyyəti çirkin təmizlənməsinə aid olur (əsasən əllərin yuyulması), potensial təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin alınması üçün təkrari yoxlamalara və ya təmizkarlığa və
səliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın əsasında pasienti gözləyən təhlükədən və ya onun özünün başqa birisini təhlükəyə düçar edəcəyi qorxusu durur və ritual hərəkətlər nəticəsiz qalır və ya təhlükənin qarşısını
almaq üçün simvolik cəhdlər olur.