Onlayn terapiya effektivdirmi?

Onlayn psixoloji dəstək və terapiya xidmətləri ölkəmizdə sürətlə yayılmağa davam edir. Bu vəziyyət bəzi müzakirələrə səbəb olur. Bəzi mütəxəssislər online müalicənin alışılmış olan üz üzə müalicə qədər təsirli ola bilməyəcəyini, online müalicədə terapevtik əlaqənin qurulmasının daha çətin olduğunu müdafiə etməsi ilə birlikdə online psixoterapiyanın təmin etdiyi üstünlüklər onu insanlar üçün cazibədar hala gətirir. Şəxsi təcrübəmə görə üz-üzə psixoterapiyada tətbiq olunan anlayış, etik qaydaların eyni zamanda online müalicədə də rahatlıqla tətbiq olunması mümkündür.

Onlayn terapiyanın üstünlükləri haqqında bir az danışsaq:

  • Əgər işləyirsənizsə, sıx bir iş tempiniz varsa və yalnız müəyyən saat aralıqlarında terapiya alma imkanına sahibsinizsə, online terapiya götürmək sizin üçün bir üstünlük ola bilər.
  • Eyni zamanda, nəqliyyat probleminiz varsa, şəhərinizdə terapiyaya müraciət etmək üçün uyğun bir mütəxəssis yoxdursa və başqa bir şəhərə getməyiniz lazım gəlirsə, həm vaxt, həm də nəqliyyat xərclərinə qənaət edə bilərsiniz. Ayrıca, növbə gözləmək kimi vaxt itkisinə səbəb olacaq vəziyyətlərdən xilas olacaqsınız.
  • Özünüz və ya terapevtiniz başqa bir yerə köçsəniz, terapevtinizi dəyişdirmədən onlayn olaraq seanslarınızı davam etdirə bilərsiniz.
  • Həmçinin, nəzərə alsaq ki psixoterapiyanı aparan şəxsin sizinlə eyni kültürdən olması və eyni ana dili danışır olması terapetik bağın qurulması üçün çox önəmlidir, bu zaman xarici ölkələrdə yaşayan insanlar üçün öz ölkələrindən bir psixoterapevtlə onlayn terapiya çox faydalı olar.
  • Fiziki məhdudiyyəti olan və ya evdən çıxa bilməyənlər də onlayn terapiya ilə asanlıqla terapiya ala bilərlər.
  •  Bu gün terapiya saatları xaricində bir çox terapevtlə əlaqə saxlamaq çox çətindir, ancaq onlayn terapiya mütəxəssislərinə ehtiyacınız olduğunu hiss etdikdə çatmaq daha asandır.
  • Üz-üzə görüşmələri gec saatlarda almaq şansınız yoxkən, online terapiyanı terapevt üçün uyğun olması halında gec saatlarda da əldə edə bilərsiniz.
  • Bəzi müştərilər başqalarının terapiya aldıqlarını bilmələrini istəmirlər, əgər belə bir şərt varsa, onlayn terapiya almaq sizin üçün faydalı olacaqdır.
  • Digər tərəfdən, üz-üzə görüşərkən problemləriniz olduğunu düşünürsünüzsə, onlayn terapiya almaq sizin üçün daha yaxşı olacaqdır.

Onlayn terapiyanın bir çox üstünlüklərini sadaladıq, ancaq nəzərə alsaq ki, bir mütəxəssisi internetdən araşdırdığımız zaman aldadılma riskimiz də kifayət qədər yüksəkdir, bu səbəblə araşdırdığınız mütəxəssisin uyğun ixtisas üzrə təhsil almış olmasına diqqət edin. İstisna deyil ki, bir çox insan internet vasitəsi ilə tapdıqları, bacarıq və təhsilləri limitli olan psixoterapevtlər tərəfindən maddi və mənəvi ziyanlar görürlər. Beləliklə, terapiya prosesinə başlamazdan əvvəl mütəxəssislər haqqında ətraflı araşdırma aparmaq gərəklidir.

Onlayn terapiya necə aparılır?

Hər seansda olduğu kimi, onlayn terapiya da müəyyən günlərdə və vaxtlarda bir onlayn görüş daxilində edilir. Bunun üçün, hiss və düşüncələrinizi asanlıqla paylaşa biləcəyiniz bir yerdə Skype, WhatsApp və.s video zəng özəllikli tətbiqlər vasitəsilə terapevtinizlə əlaqə saxlaya bilməyiniz kifayət edir. Terapiya prosesi mütəxəssis tərəfindən tətbiq olunan terapiya metodunun məzmunundan asılı olaraq dəyişir. Terapiya lazım olduqda poçt və mesajlarla dəstəklənir.Unutmayın, bir terapiyanın ən vacib dəyərlərindən biri müştəri ilə terapevt arasındakı terapevtik əlaqədir. Mütəxəssis sizə fayda vermək üçün təlim və biliyə sahibdirsə və terapevtik əlaqələriniz möhkəm təməllər üzərində qurulubsa, onlayn terapiya da çox məhsuldar ola bilər.

Uzman Psixoloq Cəmilə Rəhimli