Psixoloq.az xəbər verir ki, tanınmış psixoloq Elnur Rüstəmov özünə məxsus facebook sosial hesabında motivasiya edici post paylaşmışdır.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik.
“Sənin kimi biri bunun öhdəsindən rahatlıqla gələ bilər”, “Özünə daha çox güvənməlisən”, “Daha əvvəl nələri həll etdin, bunumu bacarmayacaqsan” şəklində cümlələri əminəm ki, hamınız eşitmisiniz. Çevrənizdəki insanların sizə olan inamın yarısına sahib olsaydınız, indiyə kimi ertələdiyiniz bir çox vəziyyətin üzərinə gedib, bir çoxunu həll etmişdiniz. Deməli insanlar sizi nə qədər güclü görürlərsə görsünlər, önəmli olan sizin özünüzü nə qədər güclü hiss etdiyinizdir. Necə olur ki, insanların bizə güvəndiyi qədər özümüzə güvənə bilmirik? Gəlin özgüvənimizi yenidən gözdən keçirək. Bəli, Özgüvən həyatın bir parçasıdır. Dolayı yolla özünə dəyər, hörmətlə bağlı bir vəziyyətdir. Özünüzü necə göründüyünüz, özünüz haqqında düşüncələriniz, nə qədər dəyərli hiss etməyiniz sizin özgüvəninizi formalaşdırar və bu həyatda aldığınız qərarlara, etdiyiniz seçimlərə, özünüzü doğrultma müddətinizə təsir edər. Yəni özgüvənli olmaq üçün öncə özünüzlə barışıb, özünüzü sevməlisiniz. Sonra isə istəklərinizi gerçəkləşdirmək üçün risk almağa istəkli olmalı, gələcəyin gözəl olacağına inanmalısınız. Ümumiyyətlə, özgüvənsiz olduğunuzu düşünürsünüzsə, bacarmaq və hədəfinizə çatmaq mövzusunda neqativ düşüncələrdə ola bilərsiniz. “Onsuz da bacarmayacağam”, “hər şeyi korlayacam”, “o qədər yaradıcı deyiləm ki”, “insanlar başqaları ola-ola nə üçün məni sevməlidir ki” kimi düşüncələr sizi daha da hərəkətsiz və passiv edəcəkdir. Zehninizdə bu kimi düşüncələr üçün də özünüzü günahlandırmayın. Çünki bu kimi düşüncələrinizin səbəbi genetik və çevrənizlə bağlı ola bilər. Eric Berne’ün dediyi kimi şahzadələr kimi doğulduq, amma sosiallaşma müddətimiz bizi qurbağa döndərdi. Bəs daxilimizdəki şahzadəni necə oyandıra bilərik?1) Sizi önəmsəyən insanlarla zaman keçirin. Ola bilər siz onların sevgisinə özünüzü layiq görmədiyiniz üçün araya məsafə qoymuş olasınız, ancaq bu kimi düşüncələri xaric tutaraq, sadəcə bu insanlarla zaman keçirin.2) Özünüzə məşğuliyyət tapın. İndiyə kimi etmək istədiyiniz bir işə başlayın.