Özünü tanı. Test -2

TEST 2

Şəkildə ağac təsvir olunub. Sizin fikrinizcə ağac belə sadə, adı gövdə və budaqlardan ibarət olmalıdı? Siz çəksəydiniz nələr əlavə etmək istərdiniz? Düşüncələrinizdə özünüzə qarşı səmimi olun və nəticəyə baxın. Ağac, həyat duyğularınızın əksidir.

Ağacın kifayət qədər yarpağı olmadığını düşünürsünüzsə, bu, təbiətcə bir fərd olduğunuzu göstərir, kiminsə sizin həyatınıza müdaxilə etməsini sevmirsiniz. Hərəkətləriniz üçün məsuliyyəti öz üzərinizə götürməyə hazırsınız. ancaq başqalarının hərəkətlərinə cavabdehlik daşımağı istəməzsiniz.

Düşünürsünüz ki, çox sayda yarpaq olmamalıdır və olanların hər biri aydın görünməlidi - bu, başqaları üçün məsuliyyət daşımağa hazır olduğunuzu göstərir, ancaq tamamilə zəruri hallarda.

Bir ağacın üzərində çox sayda budağın olması fikri, bir komandada olmağı sevməməyinizdi, həyata baxışınız, arzularınız dəyişkəndi, yaxın adamlardan birinə üstünlük verirsiniz.

Ağaca daha çox budaq və yarpaq əlavə etdinizsə, çox ünsiyyətcil bir insansınız və ilk növbədə digər insanların maraqlarını, sonra özünüz haqqında düşünürsünüz.

Şəkildə kifayət qədər çəmənlik, ağac kökləri, torpaq olduğu görünürsə - bu sizi etibarlı, güclü və özünə güvənən bir insan kimi xarakterizə edir. Ağaca oyuq, quş otağı, quş bəsləyicisi, bir yelləncək və ya digər xarici elementlər əlavə etmək istəyirsinizsə - bu anda heç də yaxşı vəziyyətdə deyilsiniz, özünüzü artıq hiss edirsiniz, həyat sizə sevinc bəxş etmir.

Bir ağacın yanına bir heyvan da əlavə etmək ağlınızdan keçirsə, "canlanmağa dəyər" olduğunu düşünürsünüz, özünəməxsus, bənzərsiz bütün dünyaya nə isə sübut etmək istəyi ilə özünü hiss edən güclü olmaq eşqilə olan birisiniz. Həyat sizi qorxutmur. İnadkarlığınız arzuları gerçəkləşdirir.

Yeganə İskəndərova