Kəlmənin mənası yapon sözüdü, ağıl və ruh mənalarını , nələr hiss edib düşündüyünü şüuraltında ortaya çıxarmaq anlamını ifadə edir. İlk olaraq kokologiyaya əsaslanan elm kimi 1998-ci ildə Yaponiyada professor Isamu Saito və Tadahiko Nagao tərəfindən yaradılmış kollektiv test nümunələrinə alddir. Bu testlərdə oxucunu istənilən fikri və ya şəkili vizual və ya məntiqi şəkildə olaraq şüuraltına yerləşdirdiyi düşüncələrini ortaya çıxarır, şəxsi özünü tanıtmaqda yardımçı olaraq yanlışlıqlarını kənardan izləməyə məcbur edir.
Özünü tanıSəmimi olun, düşüncənizdən keçən İlk cavabı əsas götürün.
Yağışın altında gəzirsiniz. Qəflətən fırtına baş verir. Tam sürətlə qaçsanız da, təyinat yerinizdən beş dəqiqəlik məsafədəsiniz. Aşağıdakı variantlardan hansı birinə əməl edirdiniz?
A. Mən böyük bir ağac tapıram və yağışın kəsənədək onun altında gözləyirəm.
B. Yağışın nə qədər davam edəcəyini bilmirəm, ona görə də getdiyim yerə tez çatmaq üçün addımlarımı sürətləndirirəm, qaçıram.
C. Çətirini paylaşa biləcəyim birini tapmaq üçün ətrafıma nəzər yetirir və ya yaxınlıqda çətir ala biləcəyim bir mağazanın olub olmadığını soraqlayıram.
D. Çantamda həmişə qatlanmış bir çətir daşıyıram ki, istifadə edəm.
cavablar:
Fırtına həyatda gözlənilməz, idarəolunmaz qüvvələri təmsil edir. Cavablarınız onu sevdiyiniz bir dostla müzakirə edərkən necə davranacağınızı xarakterizə edir.
A. Siz aranızdakı münasibətləri həll etməzdən əvvəl qarşı tərəfin qəzəbinim səngiməsini gözləyənlərdən birisiniz. Onların kəskin mübahisələrinin bitməsini səbrlə izləyər, soyuqqanlılıqla fikirlərinizi bildirərsiniz. Bəziləri rəftarınızın ağıllı, bəziləri də düzgün olmayan münasibət kimi dəyərləndirə bilər.
B. Qəzəbinızı tökdüyünüz sürəcə mübarizənin nə ilə bitəcəyi sizin üçün qətiyyən maraqlı deyil. Düşünürsünüz ki, siz haqlısınız və mübahisə bitməlidi. Taktikanız arasında heç bir mübadilə yoxdur. Qarşınızdakı əsəbləşirsə siz daha çox reaksiya verirsiniz, bağırırsa, siz hayqırırsınız. Bu, sizi müzakirə etmək üçün əlverişli bir insan yaratmasa da, həmin an dur deyəndə razılaşacağınızı anlamaq asandır.
C. Ziddiyyətlər və mübahisələr sizin üçün deyil, buna görə də bir döyüş baş verəndə həmişə qarşı tərəfi sakitləşdirməyə çalışırsınız. Təəssüf ki, bu davranış bəzən işləri daha da çətinləşdirir. Zaman zaman fırtına ilə dayanıb üzləşməli olursunuz.
D. Hər ittihama cavab verdiyinizi və hər səhv üçün üzr istədiyinizi düşünən birisiniz. Düşünürsünüz ki. bu mübahisə, münaqışə sizə görə deyil və rəftarınızla mədəniyyətinizi göstərsıniz də amma bu münasibət başqalar üçün süni,saxta görünür. Ancaq çox güman ki, bunun üçün sizin bir açıqlamanız var.
Psixoloq Yeganə İskəndərova