Insanın özünəməxsus fərdi xüsusiyyətə malik təkraredilməz varliq olması da məlum. Və hər bir insan özündən asılı olmadan belə xüsusi münasibət tələb edir. Psixologiyada latinca hərfi mənasi daxilə baxmaq, deyilən INTROSPESTARE metodu var. Bu yolla insan öz- özünü müşahidə etməklə öz duýğulari üzərində nəzarət etmək qabiliyyətinə malikdir. Öz daxili mənəvi aləmine müntəzəm nəzər yetirmək əxlaqı şüurun ilkin şərtidi. Bu duyğulari daim nəzarətində saxlayan insan, mənəvi cəhətcə saflaşmağa, həmişə ülviliyə doğru meyl etməyə, özünə nəzarətə imkanı olur. Bunsuz əxlaqca kamilləşmək də mümkün deyildir. Jan Jak Russonun təbirincə heç bir kəs insan həyatını onun özündən yaxşi təsvir edə bilməz. Insanın daxili vəziyyəti, keçirdiyi sevinc- kədər, daxili sarsintilar - həyatı bütövlükdə yalniz onun özünə məlumdur.
Hər bir insan öz pəncərəsindən baxar həyata və gördüyünün ya da bildiyinin doğruluğuna inanar. Bir qismi özünü xoşbəxt hiss edər, bir başqası, əksini düşünər. Heç kimsə meni anlamir- deyər və dayanar. Öz doğrularımızı sübut etmək üçün çalışdıqca isə kədərlənər, bəzən də döyüşər, mübahisə, müzakirə edərik. Heç kimin ağlına, qarşı tərəfin yerinə keçərək həyata onun gözüylə baxmaq gəlməz, gəlsə də istəməz, özünün haqlı olduğunu düşünər və buna görə anlaşılmazlıqlar, döyüşlər, ayrılıqlar olar. Əsəbiləşərkən niyə bərkdən qışqıraraq danışdıqlarımızın fərqindəsinizmi?! Ürəklər uzaqlaşir deyə səs tonumuz yüksələr, halbuki biri ilə mübahise edərkən və ya fikir mübadiləsi sürərkən özümüzü qarşı tərəfin yerinə qoyub onun dünyagörüşü, hadisələrə nəzəri və nəhayət haqli və ya haqsız olmas ilə baxa bilməliyik. Beləcə qarşı tərəfi rahatlıqla anlaya bilərik. İnsanin şüuraltısının dərinliklərində bildikləri, dərk etdikləri, qavradıqları, gördükləri, hiss etdikləri və zaman - zaman özünü büruzə verir. Bizə məlum olan dünyaya bir az ümidlə yaxınlaşsan həyatın sənə gətirdiyi gözəlliklərə, sürprizlərə, rahatlıqla adaptasiya olarsan, asanlıqla uyğunlaşma təmin edə bilərsən. Səni anlamaq istəməyən, düşünməyən, anlamazdan gələn insanlara əsla övkələnməməli, yol verməlisən ki, yanından ötüb keçsinlər. Şəfqət, mərhəmət dolu baxışlarla təbəssüm edib həyatı dərk etməkdə yardımçı olduqları üçün ıllər sonra qəlbində təşəkkür edərsən onlara. Yaşadiqca anlarsan ki, ruhun hələ də uşaqdı, heç böyüməyib. Onu böyüməyə qoymayan hələ də kirlənməyə qoymadığın təmiz hisslərindi. Ruhunun uşaq qalmasına icazə ver, əks halda bu xarakterlə dünyanin girdabinda yaşamaq çox çətin olar, elə indi də çətindir, amma ruh ki, dəyişilməzdi. Tanri tərəfindən hər bir canlının xüsusən doğma olan insanın qəlbindən üzünə hopmuş işığı, nuru daha da işıqlandırmaq, aydınlatmaq üçün könül gözü ilə görməsi səbəbi olmalıdı insanın.Rəğbət , məhəbbət , xeyirxahlıq da yaxın anlayiş, eqoizmi qovan bir duyğudu. Bunlarla ruh aləminə daxil olur, özümüzü başqa varliqda hiss edir, sevincə sevinir, kədərə şərik oluruq. Sevən üçün bəxtiyarliq, sevilən üçün xeyirxahlıq toxumu səpən bir qüvvə, fədakarlıq, öz qəlbini, düşüncəsini, beynini başqalarının səadəti uğrunda sərf etmək ruhudu məhəbbət. Insanda dürüstlük tərbiyə edildikdə bütün hisslər arxada qalir, dəyişməz, sadiq, bağlı olur, ailəsinə, duyğularına. Ülviləşır, kamilləşir insan. Başqalarına rəğbətlə, məhəbbətlə yanaşırsa qarşiliq gözləmirsə, ruhən, mənən yüksəlir, nəzərlərdə də böyüyür. Deməli yaşadığımız həyata görə cavabdehik. Bizi əhatə edən aləm daxilimizi əks etdirirsə, həyatimizda nə baş verirsə cavabdehik. Həyatimizin bizə gülümsəməsi üçün evvəlcə ona öz yaxşi əhval-ruhiyyəmizi həvale edək, sonra təmiz hisslərlə təmənnasiz, əvəzində heç nə gözləmədən riyadan uzaq rəğbət və məhəbbətimizi əsirgəməyək.
Psixoloq Yeganə İsgəndərova