Posttravmatik stress pozuntusu (F43.1)
Hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciəli xarakterli stress hadisəsinə (qısa və ya
uzunmüddətli) təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır. Meyl etdirici faktorlar, belə ki, şəxsi xüsusiyyətlər (kompulsivlik, asteniklik) və ya anamnezdə sinir xəstəliyi sindromun inkişafı üçün qıcıq qapsını azalda
və ya onun gedişini ağırlaşdıra bilər, amma onlar heç zaman onun yaranmasının izahı üçün vacib və kifayət olmurlar. Tipik əlamətlərə sarışan xatirələrdə («kadrlar») travma yetirmiş hadisənin təkrarlanan təəssüratlarından, təəccübdən donub qalma hissiyatı fonunda yaranan fikirlərdən və ya qarabasmalardan, emosional tormozlanmadan, digər insanlardan uzaqlaşmaqdan, ətrafa reaksiyasızlıqdan və travmanı xatırladan hərəkətlər və situasiyadan qaçmaqdan ibarət epizodlar daxildir. Adətən həddən artıq oyanıqlıq və ifadə olunmuş yüksək ehtiyatlılıq, qorxuya və yuxusuzluğa yüksək reaksiya mövcud olur. Həyəcan və depressiya çox vaxt yuxarıda göstərilmiş simptomlarla əlaqədar olur və bir çox hallarda özünü öldürmə ideyaları da yarana bilər. Pozuntu simptomlarından əvvəl travmadan sonra bir neçə həftədən, bir neçə aya kimi dəyişən latent dövr olur. Pozuntunun gedişi müxtəlifdir, amma əksər hallarda sağalma gözləmək olar. Bəzi hallarda bu vəziyyət bir neçə il davam edəcək, şəxsiyyətin davamlı dəyişilməsinə keçidlə xronik gedişə çevrilə bilər. (F62.0)Travmatik nevroz