Bakı Dövlət Universiteti Sosial elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə Institutunda aspiranturanı bitirmişdir. Hal-hazırda da həmin İnstitutun “Sosial psixologiya” şöbəsində kiçik elmi işçi kimi çalışır. 2003-2006 cı illərdə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında psixologiya fənnini tədris etmişdir. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2008-2009–cu illərdə Azərbaycan Dövlət Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
İştirak etdiyi beynəlxalq konfrans və seminarlar:
- XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Mental Health Counseling”;
- XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Supervision Experience For Prctitioners”;
- XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Child Centered Play Therapy and Applications”;
- XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “School Consueling” mövzusunda təlimi başa vurmuşdur.
- Mind Training İnstitute-da NLP Diplom proqramını bitirmişdir.
- 2014-cü ildə keçirilən Azerbaycan I Beynəlxalq Konfransında Amerikan Ailə və Evlilik Terapevtləri Dərnəyi (AAMFT), Kaliforniya Ailə və Evlilik Terapevtləri Dərnəyi (CAMFT), Satir Pasifik Enstitüsü və The Satir Global Networkun klinik üzvü, Beynəlxalq Aile Terapiyası Dərnəyinin İdarə Heyəti üzvü, CATED-in isə qurucu üzvü Uzm. Sibel Usluer Erenelin rəhbərliyi ilə keçirilən “Çocuk istismarı ve şiddet görmüş çocuk”, “Aile terapisi”; ODTÜ Psikoloji bölümünün klinik psixoloqu Mehmet Şakiroğlunun rəhbərliyi ilə keçirilən "İyi olma hali ve tükenmişlik sendromu" təlimlərini keçmişdir.
- 2015-ci ildə Sankt-Peterburqda keçirilən “Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya” beynəlxalq konfransında iştirak edib.
- 2015-ci ildə İtaliyanın Milan şəhərində keçirilən "The 14th European Congress of Psychology" konfransında iştirak edib.
Rusiya Professional Psixoterapevtik Liqanın Azərbaycan nümayəndəliyinin rəhbəridir.
2013-2014-cü illərdə Xəzər Universitetində "İnsan inkişafı" və "Psixoloji konsultasiya" fənnlərini tədris edib.
1 elmi monoqrafiya, 1 dərs vəsaiti, 1 bədii əsər, 10 elmi məqalənin müəllifidir.
2010-cu ildən E.N.M. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri kimi çalışır.
X lady, Karl Yaspers fəlsəfəsində ünsiyyət problemi elmi monoqrafiyasının,
Elnur Rüstəmov və Nərmin Quliyevanın birgə yazdığı Psixoloji məsləhətə giriş dərs vəsaitinin müəllifidir.
Ailəlidir, 2 övladı var.