2005-ci ildə Baki Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini uğurla bitirmişdi.Bir sıra beynəlxalq konfrans,simpozium,seminar və təlimlərdə iştirak etmişdir, beynəlxalq sertifikatlara layiq görülmüşdür.2005-2010-cu illər ərzində Rusiya Federativ Respublikasının Saratov şəhərində dövlət məktəbində psixoloq vəzifəsində çalışmışdır.2011-2012- ci illərdə Bakı şəhərində Amercan Academy şirkətində menedjer vəzifəsində çalışmışdır.2012-cari ilədək Bakı Modern Təhsil Kompleksində- baş psixoloq vəzifəsində çalışmaqdadır.
Nailiyyətləri:
University of California Los Angeles-Curriculum Development&Classroom management &Psychology's course -ixtisasartırma proqramlarını uğurla başa vurmuş və beynəlxalq diploma layiq görülmüşdür.Sinif idarəetməsində uşaqlar və yetkinlər ilə iş zamanı baş verəcək gözlənilməz hadisələrdə ilkin tibbi yardım kursunu keçmiş və vəsiqə ilə British Council tərəfindən təltif olunmuşdur.
Psychology and Consulting Center tərəfindən keçirilən -Ümumi Psixoterapiya kursunu uğurla bitirmişdir.
2013-cü ildə Təhsil Nazirliyi tərəfində keçirilən fənn kurikulumlarının tətbiqi ilə əlaqədar keçirilmiş "Öyrədənlərin öyrədəni"kursunu 1-ci dərəcə ilə bitirmişdir.
2013-ci ilin noyabr ayında Təhsilin İnnovativ İnkişaf Mərkəzi tərəfindən "Həyat bilgisi" fənni üzrə təlimçi statusunu qazanmışdır.
2013-ci ildə Eastern Mediterranean University-İnteractive Teaching Tools ELT Curriculum Development & Psychologys course.
2015-ci ildə İnternational Psychology Conference in Azerbaaijan
2016-ci ildə İnternational Psychology Conference in Azerbaaijan
2016-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən kecirilən Koqnitiv Davranış Terapiyası treninqi
2017-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən "Azerbaycan yuvenal ədliyyə islahatı məqsədi ilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi" lahiyəsində iştirak etmişdi.Uşaqların və yeniyetmələrin psixi sağlamlığı və yuvenal ədliyyə sistemlərinin dəstəklənməsi treninqi
The International Association of Professional Development (IAPD)-"Humanistisches Psychodrama"treninqi
The International Association of Professional Development (IAPD)-" Dyslexia -Ronald Davis method" treninqi
The International Association of Professional Development (IAPD)-"Schema Therapy" treninqi
Hal hazırda Sankt-Peterburq şəhərində V.M. Bexterev adına Elmi Tədqiqatlar Klinik Psixologiya və Psixoterapiya İnstitutunda –Kliniki psixologiya fakultəsində təhsil alır.