Psixoloq Taryel Faziloğlu

Vəliyev Taryel Fazil oğlu 1981 ci il 21 may tarixində Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində doğulub. Orta təhsilini  A.S.Makarenko adına Hümanitar Fənlər Ginnaziyasında bitirib. Tarix, psixologiya üzrə bakalavr, tarix, beynəlxalq münasibətlər.

 Ankara Universitetində " Ailə psixologiyası ” üzrə magistr təhsili alıb. Bədən dili, Psixoloji savaş, Hipnoz, Biznes danışmanlığı üzrə beynəlxalq proqramlarda iştirak etmiş və uzman dərəcəsi  alan Azərbaycanda tək mütəxəsisidir..

1997 ci ildən 2014 cü ilədək ictimai təşkilatlarda rəhbər vəzifələrdə çalışıb, onlarla yerli, bir neçə beynəlxalq layihədə rəhbər və ya icraçı olaraq iştirak edib. 120 - dən çox təlim və seminarlarda iştirak edib. Özünün psixologiya, fərdi inkişaf, biznes psixologiyası üzrə verdiyi seminarlarda 36 mindən çox dinləyicisi olub. 2015 ci ildə Humel Psixologiya Mərkəzini təsis edib.