Psixoloq Təranə Məmmədova

Psixologiya üzrə  fəlsəfə doktoru

“Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəridir

 Beynəlxalq Ailə Akademiyasının, Avropa Psixoloqlar Liqasının, Dünya Pozitiv Psixoterapiya Assosiasiyasının üzvüdür.

  1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

TƏHSİL

  1998-2002 –ci illərdə Azərbaycan  Dövlət  İqtisad  Universitetinin maliyyə-kredit fakultəsində bakalavr təhsili alıb.

  2002-2004-cü illərdə həmin universitetdə magister təhsilini tamamlamışdır.

  2014-cü ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin Psixologiya fakultəsini bitirib.

  Hal –hazırda  V.M. Bexterev adına Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya  İnstitutuda –Klinik psixologiya üzrə təhsil alır

İŞTİRAK  ETDİYİ  TƏLİMLƏR VƏ LAYİHƏLƏR

Türkiyə, Rusiya və digər ölkələrdə psixologiya üzrə kurslarda iştirak etmiş, sertifikatlar almışdır.

 2014-cü ildə  “Azərbaycan  Bayrağı  Diplomuna” layiq görülüb

 2015-ci ildə “Yeni şans” və “Azərbaycan əsgəri” qazetləri tərəfinən keçirilən rəy sorğusu əsasında “İlin vətənpərvər xanımı” adına layiq görülüb Fəxri Diplomla təltif olunub.

 15.04.2015-ci ildə Azər KİVİHİ-ı tərəfindən “İlin ən yaxşısı” naminasiyasına  layiq görülərək “Loqos” Psixoloji və Nitq İnkişaf  Mərkəzi Fəxri Diplomla təltif olunub

  06.05.2015-ci ildə Psixoterapiya və Psixologiya üzrə Elmi Tədqiqatlar İnstitutu tərəfindən keçirilən Qrup terapiyası üsulu ilə  psixoterapevtik seminarda iştirak edib sertifikatla teltif olunub

 16.12.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya şöbəsində uşaqlar arasında keçirilən tədbirlərə və  göstərdikləri psixoloji dəstəyə görə Mərkəz tərəfindən “Loqos” PNİM-nin əməkdaşlarına və xüsusilə rəhbərə təşəkkür məktubu ünvanlanmışdır.

 18.12.2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyəti (AzərKİV) “İntervyu” jurnalı və “İntervyu xəbər” qazeti tərəfindən keçirilən ictimai sorğu nəticəsində “Loqos” PNİM-i  “İlin Psixoloji və Nitq Mərkəzi” Fəxri Media Mükafatına  layiq görülüb

 18.12.2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin  (AzərKİV),  “İntervyu” jurnalı və “İntervyu xəbər” qazetinin Rəyasət Heyəti tərəfindən Heydər Əliyev adına  Fəxri Media Mükafatı Diplomuna layiq görülüb

  2016-cı ildə “Qaynarxett.biz” saytı tərəfindən keçirilən sorğu nəticəsində Səhiyyə sahəsində əvəziz xidmətlərinə və Dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə Fəxri Diplomla təltif edilib

2016-cı il “İqdisad.org” xəbər portalı tərəfindən keçirilən sorğu əsasında Fəxri Diploma layiq görülüb

  2016-2017-ci il Uluslararası Ankara Sanat Festivali-Türk kültürü, sanatı və eğitim çerçevesinde iştirakına görə  “Hizmet Şeref Ödülü”-nə layiq görülüb.

  16.03.2017-ci ildə  Hökumətlərarası Ali Elmi Şura və  “Oxford”  təhsil şəbəkəsi tərəfindən "21-ci əsrin psixologiyası" beynəlxalq  müsabiqədə  "Psixologiya-İnsanlar üçün" nominasiyasında  psixi sağlamlıq sahəsində insanlara görsətdiyi xüsusi xidmətə görə 1-ci dərəcəli diplom alıb.

  14.04.2017-ci ildə  Fundamental Təhsil Beynəlxalq Universiteti, Beynəlxalq Ali Akademik şurası və  Oksford təhsil şəbəkəsi tərəfindən  Psixologiya  üzrə  fəlsəfə doktoru  adına layiq görülüb. Psixologiya və pedaqogika fakültəsini bitirərək.  Evlilik və Ailə terapiyası,  üzrə konsultant  adını qazanıb

   30 İyun 2017-ci ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin psixologiya ürzə bakalavr dərəcəsi diplomunu alıb

  Ege Orman Fakvı-dan  “Doğa Dostu” Sertifikatı alıb

ELMİ  NƏALİYYƏTLƏR

   2017-ci il Fundamental Təhsil  Beynəlxalq Universiteti Sankt-Peterburq şəhəri-  “Loqos” psixoloji mərkəzin nümunəsində  Azərbaycan xalqının milli ailə ənənələri sahəsinə uyğun olaraq ailə psixoloji məsləhətləşmənin innovativ metodologiyası mövzusunda dissertasiya işi

 MÜKAFATLAR

  2017-ci ildə Hökumətlərarası Ali Elmi Şura tərəfindən “Səhiyyə sahəsində görsətdiyi uzun illik əməyə görə” V.M. Bexterev adına medalla təltif edilib