5-4-3-2-1 Metodu
Bu metodun ilk addımı gördüyünüz 5 şeyi tamamlamaqla başlayır. Daha sonra eşitdiyiniz 4 şeyin fərqində olmağa çalışırsınız. Ardından toxunduğunuz və hiss etdiyiniz 3 şeyə dəqqətinizi vermək lazımdır. Bu ayaqqabılarınızın içindəki ayaqlarınız və ya üzüyünüzün içindəki barmağınızı hiss etməyə qədər bir çox fərqli şeylər ola bilər. Daha sonra qoxusunu aldığınız 2 şeyi və dadını aldığınız 1 şeyin fərqində olmaqla çalışmanı tamamlayırıq. Bunun üçün dərin bir nəfəs aldıqdan sonra sırayla,
5 əşya təsvir et. Ətrafında gördüyün 5 əşyanı təsvir edərək adlarını demək kifayətdir.
4 səs eşit. Əgər musiqi dinləyirsənsə musiqini dayandır və eşitdiyin 4 səsi təsvir et. Musiqi səsindən uzqlaşa bilmirsənsə bu instrument də ola bilər. 4 instrument təsvir et.
3 şey hiss et. Burada toxunma hissini təsvir edirsən. Məsələn ayaqqabılarının içindəki ayaqlarını, stula oturan vücüd bölgəni, üzünə dəyən küləyi vs. hiss et.
2 şey qoxla. Ətrafdan aldığın fərqli qoxuları təsvir et. Burnuna o anda tək bir qoxu gəlirsə, fərqli bir şeyi qoxlayaraq da təsvir edə bilərsən. Əgər burnun tutulubsa sevdiyin bir çiçəyi və ya yeməyi xəyalında canlandıra bilərsən.
1 şeyin dadına bax. Ağzının içində o ankı dadı təsvir edə bilər və ya bir yudum su içə bilərsən.
Diqqətimizi duyğulara vermək indiki ana qayıtmağımızı təmin edir, əşyaları saymaq mənfi düşüncələrimizin arasına girərək, sıxıntılarımızdan uzaqlaşmağa kömək edir.