Qüds sindromu - qərbdə Yerusəlim adı ilə tanınan bu problem, eyniadlı şəhəri ziyarət edən turistlər arasında yayıldığı üçün məhz belə adlandırılmışdır. Dini psixozla müşahidə olunan sindrom ilk dəfə 1930-cu illərdə yəhudi psixiatr Heinz Herman tərəfindən elmə gətirilib. Sindromun yaranma səbəbi Qüdsü ziyrət edən turistlərin, şəhərin dini aurasından, mistikasından təsirllənməsidir. Qüds hər 3 din üçün müqəddəs yer olduğu üçün elə ən çox bu dinlərin nümayəndələri arasında müşahidə olunur. Əlamətləri bunlardır:- dini məzmunlu sayıqlamalar- ağ paltar geyinmə- saçı, saqqalı, dırnağı tez-tez səliqəyə salma- tez-tez yuyunma- moizələr oxumaEyni zamanda sindromun yaşanma forması 3 cürdür:I. Özünü müqəddəs bir xilasedici, peyğəmbər kimi görmə. Məs: Hz.İsa, Hz.Musa və b. Ən çox Hz.İsa olduğunu, yenidən zühur etdiyini deyənlər qeydə alınıb.II. Ziyarət edərək özlərinin günahlardan arınaraq təmizləndiyini, batininin nurlanaraq aydınlandığını, kamil bir şəxs olduğunu düşünərək insanlara hidayət olunmaqda kömək etmək istəyənlər.III. Hər hansı bir cərəyanın, məzhəbin nümayəndəsi olub, onun inkişafına, yayılmasına, tanınmasına həyatını sərf edəcəyini düşünənlər.Sindrom həm psixoloji travması olanlarda, həm də sağlam insanlar arasında da görülüb. Hər il buranı ziyarət edən turistlərin miimum 50-də bu hal yaşanır. Təsir müddəti şəhəri tərk etdikdən 1 həftə, maksimum 10 gün ərzində davam edir.Təkcə 1980-1993-cü illər ərzində 1200-yə yaxın insanda bu sindromun yaşandığı qeyd olunur.Bu halın bir digər oxşarları bu və ya digər dərəcədə Məkkə, Kərbəla, Nəcəf, Məşhəd, Roma və s. kimi dini mərkəzli şəhərlərdə də yaşanır.