Ringelman effekti ( Sosial tənbəllik)
Psixoloq.az bildirir ki ,ümumiyyətlə, insanlar çox insandan ibarət olan böyük qrupların daha çox iş bacardığını düşünürlər. Bu əksər məsələlərdə belə olsa da, ancaq Ringelman effekti bunun əksinə, daha çox insan olduqda insanların daha çox tənbəllik etdiyini söyləyir. Buna səbəb olacaq məsələlərdən biri də daha çox insanın içərisində onun işinin qiymətləndirilməsinin çətin olmasıdır. Ən sadə səbəblərindən biri isə insanların "Başqaları işi görür, mənim işləməyimə nə ehtiyac var? " deyə düşünməsidir.Bu haqda ilk dəfə 1913-cü ildə Max Rigelman araşdırmışdır. O,insanlarda belə qəribə hal müşahidə etmişdir ki, qrupda insanların sayı artdıqca onlar öz güclərindən daha az istifadə edirlər.Bu fikri müxtəlif eksperimentlər keçirərək təsdiq etmişdir. Bu eksperimentlərdən biri də belə olmuşdur: Ən adi insanları götürür, onlara müəyyən bir çəkidə ağırlıq qaldırmalarını tapşırırdılar.Məsələn, bir adama qaldıra biləcəyi maksimal çəkini tapşırırdılar. Sonra bu insanları qrup halında toplayırdılar: əvvəl iki nəfər, sonra üç, dörd və s.İlkin gözlənti belə idi ki, əgər bir adam 100 kq. çəkini qaldıra bilərdisə, iki nəfər 200 kq. və ya daha artıq qaldırmalı idi. Ancaq iki insan öz individual göstəricilərinin yalnız 93 faizini qaldırdı. Səkkiz nəfər isə 49 faizini.Sosial tənbəlliyin daha bir maraqlı tərəfi isə hər cəmiyyətdə fərqli dərəcədə görülməyidir. 1985 ci ildə Tayvanlı və Amerikalı tələbələrim tək başına və qrup halında işdəki performanslarını ölçdükdə, qrup halında işləyərkən Amerikalı təlbələrin tənbəllik etdiklərini görmüşlər, Tayvanlı tələbələrin isə qrup halında işləyərkən daha yüksək performans göstərdikləri məlum olmuşdur.
Aybəniz Rəsullu