Son zamanlarda çox sıx-sıx eşidilməyə başlanan əsasən də sosyal medyanın istifadəsinin artdığı zaman yayılan Ghosting nədir? Necə baş verir?
Sosyal medyanın və müxtəlif tanışlıq saytlarının istifadəsinə başlamaqla birlikdə tanışlıq, flört etmə daha asan bir hal olmağa başladı. Yaxın dost və ya tanışı vasitəsiylə instagramda, getdiyiniz bi məkanda ya da hər hansı bir yerdə tanışmış ola bilərsiniz. İlk baxışda xoş enerji, səmimi söhbət, zafatcıl ünsiyyət və s.. Telefon nömrələri alındı, mesajlar atıldı, yoxlamalar başlanıldı. Görüşmə üçün vaxt təyin edildi.. Görüşüldü, danışıldı.. Birlikdə çox gözəl zaman keçirdiniz və xoşbəxt ayrıldınız. Təkrar görüşmə üşün gün seçildi təkrar görüşdünüz bu dəfə daha yaxın münasibət əl-ələ tutdunuz.. Qırılma nöqtəsi bundan sonra başlayır. Bir neçə həftə vəya ay sonra bir ya da iki gözəl görüşmə sonrası tam bu dəfə oldu, kimyamız tutdu artıq xoşbəxtlik mənim də qapımı döydü dediyiniz an... qarşı tərəf fərqli davranmağa başlayır. Axtaran, soruşan o zarafatcıl adam ortada yoxdur. Ardında isə çaşmış, özgüvəni zədələnmiş, tükənmiş birini qoyur. Romantik münasibətlərdə sağlam bir başlanğıc üçün sağlam təməl və ünsiyyət bacarıqları lazımdır. Amma bəzən tərəflərdən biri danışmaq istəmir və ortadan yox olur. Bu ortadan yox olma situasiyasını izah edən bir termin vardır. Bu 2000-cə ilin ortalarından istifadə edilməyə başlanan Ghostingdir.
Bəzən münasibətlərdə tərəflərdən biri heç bir səbəb göstərmədən birdən-birə ortadan yox olaraq münasibəti bitir. Və partnyorunun nə zəng nə də mesajlarına cavab vermir. Görməzdən gəlmək kimi hiss edilən bu vəziyyət münasibətlərdə ghosting olaraq adlandırılır. Ghosting əvvəlcə rəddedilmə və ya tərkedilmə kimi düşünülə bilir. Ghostingə uğrayan şəxs qız vəya oğlan səssizlik səbəbiylə münasibətin bitib bitmədiyinə də əmin ola bilmir. 2018-ci ildə edilmiş bir araşdırmaya görə insanların təxminən 25%-i həyatlarının müxtəlif zamanlarında ghostingə məruz qalırlar. Əsasən 18-29 yaşındakı insanlar bu vəziyyətlə dah sıx qarşılaşırlar.
Ghostingin səbəbləri nələrdir?
1. Qorxu- İnsanların bir qismi yeni bir insan tanımaqdan, emosional münasibətlərdən qorxa bilirlər. Bu səbəbdən işlər çox dərinləşmədən ortadan yox olurlar.
2. Bir nəticənin olmaması- Birinə ayrılmaq istədiyinizi deyəndə mənfi vəya müsbət bir reaksiya ilə qarşılaşırsınız. Ghosting tətbiq edən insan bunlarla yəni ayrılma səbəbini açıqlamaqla məşğul olmaq istəmir.
3. Öz xeyirini güdmək- Bəzi münasibətlər bizə mənfi təsir edə bilər. Belə vəziyyətlərdə ayrılmaq açıqlamsı etmədən sadəcə uzaqlaşa bilərsiniz. Bu özü bir ghostindir.
4. Münasibətin gətirdiyi məsuliyyətdən qaçma- Biriyə tanışdığınız zaman ilk başda olan həyəcan zamanla yerini qorxuya verə bilər. Bu vəziyyətdə bağlanmaqdan qorxan insanlar da ghosting tətbiq edə bilər.
Ghosting`ə məruz qalmanın əlamətləri
1. Zənglərə sıx-sıx cavab verilmirsə- Bəzən telefona zəng çatmaya vəya məşğul ola bilər. Amma partnyorunuz sıx-sıx ortadan yox olursa və zənglərinizi uzun müddət cavabsız qoyursa buna diqqət etmək lazımdır.
2. Münasibətinizdə dəyişiklik varsa- Münasibətinizin təkrarlanmasının qarşısını almalısınız. Əgər münasibət hər zamankı kimi deyilsə və aranızda bir məsafə olduğunu düşünürsünüzsə bunun üstündə düşünmək lazımdır
3. İkinizdən birinin həyatında böyük bir problem varsa- Partnyorunuzun vəya sizin həyatında yolunda getməyən birşeylər olduğu zaman tək qalmaq və problemə fokuslanmaq istəyə bilərsiniz. Fiziki və ya emosional məsafə artdıqca ayaq uydurmaq imkansız görünə bilər. Bu səbələ ghosting qaçınılmaz bir yol kimi gələ bilər.
Ghosting’i uğradıqda edilməlidir?
Əgər partnyorunuz tərəfindən ghostingə məruz qaldığınızı düşünürsünüzsə, israr etmək yerinə vəziyyəti qəbul edib uzaqlaşmaq daha yaxşı nəticə verə bilər. Münasibətin başlanğıcında olsanız belə, belə bir durumun sizdə yaradacağı emosional təsir böyük ola bilər. Ghosting özgüvəninizə mənfi təsir edə bilər. Bu vəziyyətdə edəcəyiniz bir neçə yol var.
Sərhədlərinizi müəyyən edin- Duyğularınıza diqqət edin və yaşadığınız bu vəziyyətlə bağlı özünüzə sərhədlər qoyun. Hər gün onun sosyal hesablarına baxmaq vəya ondan mesaj gözləmək yerinə özünüzə qarşı dürüst olun və onunla bağlı mövzuları düşünməkdən uzaqlaşın.
Özünüzü günahlandırmayın- Partnyorunuzun nə səbəbə münasibəti bitirdiyinə dair əlinizdə heç bir dəlil yoxdur. Buna görə də ağlınızda fərqli senariyalar qurub özünüzü günahlandırmayın. Əlbəttə ki, bir cavab axtarışındasınız amma özünüzü günahlandıraraq daha fərqlə senariyalarla emosional olaraq daha çox zerər görə bilərsiniz.
Onun üçün bir zaman məhdudiyyəti qoyun- Bir neçə gün və ya həftə ondan xəbər almadınız gözləməkdən yoruldunuz mu O zaman ona bu vəziyyətlə bağlı bir mesaj yaza bilərsiniz. “Gələcək hftə içində səndən bir mesaj və ya zəng gözləyirəm” şəklində. Yenə də yazmadığı təqdirdə münasibətin bittiyini düşünə bilərsiniz. Bunu düşünmək çətin olsa belə bu kontrolun sizdə olduğunu hiss etdirir.
Duyğularınızla üzləşin- Belə bir vəziyyətdə mütləq duyğularınızla üzləşməlisiniz. Üzüntünüzdən qaçmaq üçün pis vərdişlər qazanmaqdansa bütün üzüntünüzlə üzləşin. Duyğularınızı yazaraq vəya dostlarınızla paylaşaraq bunu edə bilərsiniz.