Səhv bir söz desəm rüsvay olacağam-CBT köməyinizə gələcək

“CBT- özünü daha yaxşı hiss etmək istəyən insanlara yardımcı olmaq üçün möhtəşəm bir müalicə metodudur” ( British Medical Journal, 2000).

CBT nin əsası 1960-cı ildə Amerikan Psixiatrı Aaron T. Beck tərəfindən qoyulmuş və bu günə qədər geniş istifadə edilməktədir. Avropada son 10-20 il ərzində heç bir dərman istifadəsi tələb olunmadığı üçün və qısa müddətdə çox yaxşı nəticələr verdiyi üçün geniş istifadə olunur. Koqnitiv Bihevioral Terapiya bir psixoterapiya növüdür. İnsanın davranış və duyğularını araşdıran psixoloji modellərdən istifadə edilərək hazırlanmışdır. CBT-duyğusal və davranış çətinliklərinin yaşandığı vəziyyətlərdə düşüncə duyğu və davranış arasındakı əlaqənin bəzi yalnış inanclara yol açdığını və fərdin bu istiqamətdə şərtlənməsinə səbəb olduğunu bildirir. Bu zaman fərd bu inanclara görə sevilmədiyini, dəyərləndirilmədiyini və uğursuz olduğunu düşünə bilər. Bu şəkildə düşünən bir şəxs emosional olaraq daha çox xoşagəlməz hisslər keçirə bilər və özünə qapana bilər. Bu yöndə CBT mənfi inkişaf edən vəziyyəti və əlaqəli inanc sistemini kəşf edərək bu inanc sisteminin emosiyalara və davranışlara necə əks oldunduğunu göstərmək məqsədi daşımaqdadır.

Koqnitiv Bihevioral Terapiyanin İstifadəsi

Hazırda Koqnitiv terapiya ən çox istifadə olunan psixoterapiya növüdür. Terapiya zamanı psixoloq/ psixiyatr ve pasient aktiv şəkildə işləyir. Bir grup halında çalışaraq yaşanan çətinliklərin təfərrüatları öyrənilir. Məsələn; insanlar arasında danışarkən səs tonunu tənzimləməkdə çətinlik çəkən, insanlarla ünsiyyət qurmaqdan utanan zaman ağlına müəyyən fikirlər gəlir: “ Heç kəs məni eşətməyəcək, yenə səsim çıxmayacaq, səhv bir söz desəm rüsvay olacağam, mənim təqdimatımı heş kəs bəyənməyəcək və s”. Bu şəkildə düşüncələr güclü narahatlıq hissi ilə müşayət oluna bilər. Bu narahatlıq hissi tez-tez özünü ağız quruması, tərləmə, ürək döyüntüsü, sürətli nəfəs kimi fizioloji simptomlarla da göstərməktədir. Bu zaman Koqnitiv Bihevioral Terapiya bildirir ki, prosesi tətikləyən şey düşüncə tərzidir. Fərdin ağlından keçən fikirlər onun duyğularına və nəticədə davranışlarına da təsir edir. Dəsfunksional düşüncələri hadisə-düşüncə-emosiya– davranış ilə əlaqələndirərək daha real olanlarla əvəz etmək Koqnitiv Terapiyanin əsas məqsədlərindəndir. Terapiya prosesində əsas hədəf şəxsin funsionallığını pozan qəlibləşmiş düşüncə tərzini tanımağa yönəlir. Bu inancların necə formalaşdığı və necə dəyişdirilə biləcəyi müzakirə olunur. Yalnış vəya disfunsiyalı düşüncə tərzindən qurtulmaq üçün müxtəlif tapşırıqlar verilir. Pasientdən köhnə disfunsiyalı düşüncə və davranış tərzini funsiyonal davranış nümunələri ilə əvəz etməsi nəzərdə tutulur.

 

CBT Hansı Psixoloji Problemlərin Həllində İşə Yarayır?

Koqnitiv Bihevioral Terapiyanın uşaq və yenəyetmələrdə istifadəsi olduqca effektiv nəticələr verməkdədir. Ümumilikdə;

1.      Obsesif-Kompulsif Pozuntu

2.      Panik Atak

3.      Post Travmatik Stress Pozuntusu

4.      Depressiya

5.      Şəxsiyyət Pozuntuları

6.      Yuxu və Yemək Pozuntuları

7.      Bipolyar Pozuntu

8.      Fobiyalar

9.      Davranış Pozuntuları

10.   Şiddət və Aqressiy kimi psixoloji problemlərin də müaləcəsində olduqca yaxşı nəticələr verdiyi təsdiqlənmişdir.

CBT’ də Terapiya Müddəti Nə Qədərdir?

Fərdin müraciətinin səbəbi, simptomların intensivliyi, psixopotologiyanın növü, meydana gəlmə səbəbi, davam edən stress faktorları, fərdin anlayışı, problemini dərk etməsi kimi faktorlar müddəti  müəyyən edə bilir. Ortalama 8-10 seansda gözlə görülə biləcək dərəcədə simptomlar ciddi bir şəkildə yumuşala vəya ortadan qalxa bilər. Ancaq terapiyanı bitirmək terapiyanı başlamaq kimi həm psixoloqun həm də pasientin razılığı ilə həyata keçirildikdə daha müsbət nəticə əldə edilir. Psixoterapiyanın əsas məqsədi simptomların yox olmasıyla birlikdə, fərdin daimi davranış dəyişikliyi qazanması və inanc sistemi ilə əlaqəli düşüncə tərzinin fərqində olmasıdır.

Müəllif:Uzman Psixoloq Gülnarə Muxtarova