Bağlanma nədir və necə yaranır?
Bağlanma, həyatımızda önəmli yer tutan insanlara qarşı yaranan duygusal bağdır. İnsanlara bağlanma tərzimiz uşaqlıq dövründən formalaşmaqdadır. İnsanların sahip olduğu bağlanma tərzi körpə ikən ehtiyaclarını qarşılayaraq, ona baxan insan ilə arasında yaranır. Bu insan isə bir çox durumda uşağın anası olur. Uşağa baxan insanla körpə arasında yaranan bağlılıq uşağa güvəndə olduğu hissini verir. Körpə uşaqın baxıcısına qarşı müsbət duygular bəsləməsi irəliləyən yaş dönəmlərində digər insanlara qarşı münasibəti və hansı bağlanma tərzinə sahib olmasına önəmli dərəcədə təsir edəcəkdir. Bu səbəplə 0 ilə 3 yaş arası uşağın hansı bağlanma tərzinə sahip olmasında önəmli dönəmdir.
Hansı bağlanma tərzləri vardır?
Bağlanma tərzlərini izzah etmək üçün fərqli araştırmacılar fərqli tipologiyalar ayırmışdır. Hazan ve Shaver isə “güvənən”, “təşvişli-qərarsız” ve “təşvişli-qaçan” olaraq üç yetişkin bağlanma növünü fəqrləndirdi. Hazan və Shaver (1987) bağlama nəzəriyyəsi ilə sevgi münasibətlərinə yeni bir baxışla baxılacaqına inanaraq, sevgi münasibətlərində bağlanma tərzinin vacibliyini vurğuladılar.
Bağlanma tərzinə görə sevgi münasibətlərində hansı davranışlar göstərilir?
Güvənən bağlanma- bu bağlanma stilinə sahib şəxslərin özünə inamı digər bağlanma tərzlərinə sahip insanlara nisbətən daha yüksəkdir. Bu şəxslər bağlandıqları insandan ayrıldıqları zaman narahatlıq, təşviş duyğusu yaşamırlar amma onlarla yenidən barışdıqlarında isə ruhən rahatlıq hiss edirlər. Güvənli bağlanma tərzinə sahip olan insanlar partnyorlarını daha az qısqanırlar. Özlərinə və partnyorlarına olan inamı isə başqalarından daha yüksəkdir. Münasibətlərində problem yaşadıqda isə münasibətlərini qorumaq üçün daha çox çalışırlar.
Təşvişli və qərarsız bağlanma- bu tərz bağlanmaya sahib olan insanlar yeni münasibətlər qurmağa daha çox can atırlar. Amma bununla birlikdə, münasibətlərinin ayrılıqla sonlanacağı qorxusunu da yaşayırlar. Bu bağlanma stilinə sahib olan şəxslərin özünə inamı isə digər bağlanma üslublarına nisbətən daha aşağıdır. Bu şəxslər partnyorlarından ayrıldıqlarında, daha çox stres və narahatlıq keçirirlər. Ən yüksək qısqanclıq və sahiblənmə davranışları da bu insanlarda müşahidə olunur.
Təşvişli-qaçan bağlanma stili - bu bağlanma stilinə sahip insanlar digər insanlarla yaxın münasibət qurmaqdan və onlara bağlı qalmaqdan narahatlıq keçirirlər. Bu insanlar sevgi münasibətləri qurmağa həvəslidirlər amma keçmişdə yaşadıqları xoş olmayan təcrübələrini nəzərə alaraq sevgi münasibətləri qurmaqdan çəkinirlər. Birlikdə olduqları şəxsdən ayrıldıqlarında isə xüsusi bir reaksiya göstərmirlər və barışdıqları zaman yaxınlıq qurma davranışlarını partyorlarından gözləyirlər. Bu bağlanma stilinə sahib olan insanlar digər insanlara görə daha az qısqanclıq duyğusu yaşayırlar. Bu isə onların duyğularından qaçmaları və onları bastırmaqlarından irəli gəlir. Bu insanlar qısqanclıqla qarşılaşdıqda isə, münasibətdəki üçüncü şəxsə qarşı daha çox qəzəb və emosional reaksiya göstərirlər. Təşvişli-qaçan bağlanma stilinə sahib şəxslər münasibətlərində problemlərlə qarşılaşdıqlarında münasibəti qorumaya yönəlik davranışları ən az göstərən şəxslərdir. Onlar sevgi münasibətlərindəki problemləri partnyorlarından qaçaraq və ya ayrılaraq həll etməyə çalışırlar.
Bağlanma tərzi dəyişdirilə bilərmi?
Sahip olduğumuz bağlanma tərzini dəyişdirilib dəyişdirliməməsi ilə bağlı fərqli fikirlər mövcuddur. Amma bağlanma tərzlərinin bilinməsi sevgi münasibətlərində yol verilən xətaların və yaşanan çətinliklərin ortadan qaldırılması və uyğun addımların atılması üçün önəmlidir.