Maks Ermann ingilis əsilli Amerikalı yazıçı, şair, vəkil kimi tanınıb. Terre Haut - İndianada 26 sentyabr 1872 – cı tarıxındə dünyaya göz açıb. 9 sentyabr 1945 – ci ildə vəfat edib. Tez - tez mənəvi mövzularda esselər yazıb. Sizə təqdim etdiyim "Maks Ermanın gündəliyi”ndən kiçik bir hissənin tərcüməsidir.
Əgər Siz kədərli və tənhasınızsa, o zaman bu sətirləri oxuyun: Dünyanın din və səs - küyü arasında öz cıgırınızla sakit addımlamağın mümkün olduğunu heç vaxt unutmayın. Özünüzü dəyişdirmədən insanlarla yaxşı münasibətdə olmaqla yaşamağın mümkün olduğuna inanın. Insanlarla münasibətdə yumşaq, aydın, səlis danışmağı özünə vərdiş etməklə yanaşı, hətta qəbul etmədiyiniz, savadına şübhə etdiyiniz adamların fikirlərinə hörmət edib onları dinləyin. Aqressiv, səs - küylü, əhvalınızı pozmağa çalişan adamlardan kənar gəzin. Özünüzü hec kimlə müqayisə etməyin, Sizdən güclü və zəif olan həmişə olacaqdir. Öz planlarınıza da başqasına sevindiyiniz kimi sevinin. İşinizə diqqətli yanaşın, dünya pislərdən xali deyil.
Dostluqda və məhəbbətdə özünüz olun, rol oynamayın. İldən - ilə Sizi tərk edən gəncliyinizi ruh yüksəkliyi, geniş ürəklə, özünüzə dərd etmədən qəbul edin. Ruhunuzu təsadüfi bədbəxtlikdən qoruyun, özünüzə zülm etməyin.
Bütün qorxularınız yorğunluq və tənhalıqdandı. Dəyərinizi bilin və sağlamlığınıza qarşı diqqətli olun. Ulduzlar və ağaclar kimi Siz də kainatın yetirməsisiniz.
Dünya Sizdən əvvəl də mövcud idi. Allahla olun, yetər. Nə ilə məşgul olsanız da nə arzulasanız da səsli - küylü siluetinizi dünyanı dərk etdiyiniz kimi öz qəlbinizdə qoruyun. Bütün çətinliklərinizlə yanaşı dünyanın gözəl olduğuna inanın.
Psixoloq Yeganə İskəndərova