Sosial fobiya nədir?
Şəxsin ictimai yerlərdə, kütlə önünüdə, diqqət mərkəzində və sair kimi buna bənzər məkanlarda olduqda ifrat bir həyəcan hissi yaşaması ilə özünü göstərən bir xəstəlikdir. Sosial fobiyalı insanlar etdiklərin hərərkətlərə görə başqalarının yanında mənfi rəy yaratmaqdan, biabır olmaqdan qorxurlar.Həmin insanların özündə olan üz qızarması, əl əsməsi, səs titrəməsi kimi əlamətlərin hiss etdiyini düşünürlər.
Sosial fobiyanın əlamətləri nələrdir?
Sosial fobiyadan əziyyət çəkən insanlar qorxduqları situatasiya ilə qarşılaşdıqı zaman onlarda sifətin qızarması, əlin, səsin titrəməsi, ürəkdöyünməsi,nəfəs darlıqı, mədə bağırsaq nahiyəsində qəribə formada şikayətlər baş qaldırır.Bu şikayətləri hər dəfə diqqət mərkəzində olanda yaşayan pasient “mən zəifəm, gücsüzəm, mənim zəif olduqumu hər kəs bilir, heç kimə lazım deyiləm” kimi düşüncələr başlayır.Bütün bunardan sonra insanda qaçınma davranışları yaranır Məsələn lövhə qarşısında dərs danışmaqdan bəhanə edərək uzaqlaşır, çıxışlar etmir, gözün içinə baxa bilməmək, toy ad günü kimi ictimai tədbirlərdən, qarşı cinslə yeni tanışlıqlardan imtina edərək uzaqlaşmağa başlayırlar.
Sosial fobiyanın utancaqlıqdan fərqi nədir?
Sosial fobiya adi utancaqlıqın ağır və çox inkişaf etmiş formasıdır.Utancaqlıq zamanı insanda sosial həyatında, iş gücündə ciddi dəyişikilik olmur amma bunun əksinə olaraq sosial fobiya insanın sosiallığına ciddi mənada təsir edir.
Sosial fobiya hansı yaşlarda ortaya çıxır?
Bu xəstəliyin ən çox rast gəlindiyi yaş qrupu 10 -17 yaş arasıdır.Yayılması 5-12 % faiz olmaqla kifayət qədər rast gəlinən xəstəliklər sırasındadır.
Sosial fobiyanın hansı formaları var?
Bu xəstəlik 2 formada özünü göstərir.Əgər əlamətlər özünüsadəcə kütlə önündə, ictimai yerlərdə biruzə verirsə bu total forma, əgər bəlli yerlərdədirsə (məsələn rəqs edəndə, imza atanda) bu hissəvi social fobiya adlanır.
Sosial fobiya diaqnozu necə qoyulur?
Diaqnoz qoyulması həkim müayinəsi və köməkçi vasitə olan Liebowits Sosial Fobiya Testi ilə həyata keçirilir.Həmin testin sualları aşağıdakı kimidir- Kütlə içərisində telefonla danışmaq- Kiçik qrup tədbirlərdə iştirak etmək- İnsanların içində yemək yemək- İnsanların içində nəsə içmək- Məsul (vəzifəli) bir şəxslə görüşmək- Auditoriya qarşısında çıxış- Əyləncəli yerlərə getmək- Başqasının baxışları altında iş görmək- Yaxşı tanımadıqı şəxslə telefon danışıqı- Yaxşı tanımadıqı şəxslə üz üzə danışmaq- Yad adamlarla qarşılaşma- Ümumi tualetlərdən istifadə- İnsan çox olan otaqa girmək- Diqqət mərkəzində olmaq- İclasda hazırlıqsız çıxış etmək- Bacarıqlarını yoxlanılması- Yad insana onunla eyni fikirdə olmadıqını demək- Yad insanların gözünün içinə baxmaq- Yeni tanışlıqlara cəhd etmək- Aldıqı malı geri qaytarmaq- Kənar şəxsi qonaq dəvət etmək- İsrar edən satıcıya müqavimət göstərmək
Yaranma səbəbləri nələrdir?
Bioloji olaraq beyində serotonin maddəsinin azalması göstərilsə də bu xəstəliyin psixoloji və sosial səbəbləri daha ön plandadır.Belə ki uşaqlıqda utanc vəziyyətəinə tez tez salınan, sinif yoldaşları və dostaları qarşısında utandırlıan, ailəsin maddi vəziyyətində problem olan və ya valideynlərindən birini itirən şəxslər arasında rast gəlmə ehtimalı daha yüksəkdir.
Sosial fobiyanın müalicəsi necə aparılır?
Bu xəsətliyin müalicəsində dərman terapiyası olaraq yeni nəsil antidepressantlar istifadə olunsa da pasientlərin böyük əksəriyyətinə ardıcıl təşkil olunmuş koqnitiv davranış terapiyasın aparılması tövsiyyə olunandır.Dərmanlarla müalicə müddəti 6-12 ay, terapiya müddəti isə 10-14 seans təşkil edir.