Stresə qarşı kəskin reaksiya

Stresə qarşı kəskin reaksiya (F43.0)

İnsanda qeyri-adi fiziki və ya psixi stresə qarşı cavab olaraq, psixi pozuntuların digər əlamətləri olmadan yaranan və adətən bir neçə   saatdan və ya gündən sonra sönən keçici pozuntudur. Stress reaksiyalarının yaranmasında və ağırlığında,  fərdi  tez  təsirlənmə  və  özunu  idarə  etmək  qabiliyyəti  böyük  əhəmiyyətə  malikdir.  Simptomlar  tipik qarışıq və dəyişkən mənzərəyə malik olurlar və bir qədər düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mumkunluyu ilə və dezorientasiya ilə ilkin «heyrət» halından ibarət olurlar. Bu hal növbəti ətraf situasiyadan «uzaqlaşma» ilə (dissosiativ stupor halına qədər – F44.2) və ya həyəcan və yuksək aktivliklə (uçuş

və  ya  fuqa  reaksiyası)  ilə  müşaiyət  oluna  bilər.  Adətən  vəlvələ  pozuntunun  ayrı-ayrı  əlamətləri  mövcud  olur (taxikardiya, həddən artıq tərləmə, qızarma). Simptomatika adətən stress stimullarının və ya hadisənin təsirindən bir neçə dəqiqə sonra yaranır və 2-3 gündən sonra (çox vaxt bir neçə saatdan sonra) sönur. Stress hadisəyə qarşı hissəvi

və  ya  tam  amneziya  (F44.0)  mövcud  ola  bilər.  Əgər  yuxarıda  göstərilmiş  simptomatika  davamlıdırsa,  diaqnozu

dəyişmək lazımdır.

Kəskin:

·  Krizis reaksiyası

·  Stresə qarşı reaksiya

·  Hərbi xidmət dövrünün nevrozu 

·  Krizis halı

·  Psixi şok