Psixoloq.az bildirir ki,evlilik qorxusu kimi tanımlanan gamofobiya nadir görülən fobiya növüdür.Yunanca “Phobos” və “Gamos” kəlmələrinin birləşməsindən meydana gəlmişdir.Aparılan araşdırmalara görə isə kişilərə nisbətdə qadınlarda Gamofobiyanın daha sıx görüldüyü müşahidə edilmişdir.Gamofobiyası olan şəxslərə evlilikdən,evlənməkdən söz açıldığında
-Sürətli ürək döyüntüləri
-Tərləmə-Nəfəs alma çətinliyi
-Boğulma hissi
-Sinədə sıxılma və rahatsızlıq
-Baş dönməsi və özündən getmə
-Kontrolunu itirmə qorxusu
-Titrəmə və istilikkimi əlamətlərdən bəziləri görülə bilər.
Ümumilikdə 25 yaş və üzərində şəxslərin gamofobiyadan əziyyət çekdiyi görülməkdədir.Buna səbəb yaşın artması kimi göstərilir.
Gamofoboyanın səbəbləri:
Uzun müddət davam edən bir münasibətdə heç bir problem yaşanılmadığı halda,evlilik düşüncəsi gerçəkləşməyə başlayan şəxslərdə Gamofobiya görülə bilir.Ümumilikdə ata -anası boşanmış və ya onların münasibətlərində olan konfliktlərə şahid olmuş şəxslərdə daha çox rastlanır.Səbəblərdən biri şəxsin bilincaltında evliliyə dair formalaşdırdığı qayğı və qorxulardır.Evlilik bir çox vəzifə və məsuliyyətləridə bərabərində gətirir.Evin dolanışığı,icarə xərcləri, komunal xərclər, işsiz qalmaq ,uşaqlara baxmaq, evin təmizliyi kimi məsuliyyətlər şəxsin üzərinə düşür.Sosioekonomik səviyyənin artımı ilə birlikdə Gamofobiyaya daha çox rastlanılır.
Müalicə müddəti:
Şəxslərin ata ana,dost kimi özlərinə yaxın hiss etdikləri,güvəndikləri biriləriylə evlilik mövzusunda söhbət açmaları qorxularına qalib gəlməkdə yardımçı ola bilər.Yalnız irəliləyən durumlarda şəxsin mütəxəssisdən peşəkar dəstək alması mütləqdir.Gamofobiya psixoterapiya,davranış terapiyası ilə müalicə edillə bilir.
Istinad etmək mədəniyyətdir.