Psixoloq.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə küçədə öpüşən gənclərin fotosunun paylaşılması bir qrup insanın tənqidinə, bir qrup isə onların müdafiə etməsinə səbəb olur.Bu barədə son zamanlar korono virusla mübarizə ilə bağlı maraqlı yazıları və paylaşımları ilə medianın diqqətində olan, tibb sahəsində peşəkar anestiozoloq, təcrübəli reanimatoloq kimi tanınmış həkim Şahin Məmmədov özünün sosial hesabında paylaşım etmişdir.Həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik.
Tibbi 18+Küçədə öpüşməyi gündəmə gətirir bəzi dostlar.)Düşünürəm düz edirlər, biraz karonavirus mövzusundan uzaqlaşmaq pis olmaz.Baxiram maraqli kommentler var.Komment yazanlarin ümumi fikrini deyim sonra bu barədə TIBB NƏ DEYIR yazacam.Bir qrup insan deyir öpüşməyə adi baxmaq lazımdir. Çünki bu seks sayılmır. Həm də cinayət işləmirlər ki pis baxasız? Adam öldürürlər ya rüşvət alırlar ? Bacarırsız siz də edin. Sizi hec kim öpmür deye qısqanırsız deyə olmaz deyirsiz . Ikinci qrup insanların fikri belədir ki: Öpüşmək mini seksdir. Onlar instinktiv olaraq əmmək istəyirlər. Küçədə yalniz dodaqdan öpməyə yol verilir deye məcburən yarımçıq seks edirlər. Əlbəttə oğlana tam icazə verilsə çox şey edər.Tibbi tərəfini isə mən izah edim.Dodaqlar və dil sinir reseptorları ilə həddən artıq zəngin yerdir. Bu nahiyələr bədəndə çoxdur, erogen zonalar sayılır. Portnyorun üzəri açıq qalan sinir reseptorları ilə toxundurulduqda hər ikisinin beynində ildirımlar çaxır) Bu elektrik hadisəsi nəticəsində milyardlarla kimyəvi reaksiya surətlənir. Və beyində 3 biokimyəvi aktiv maddə ifraz edilir. Oksitosin, dofamin ve serotonin.Bu maddələr ne iş görür sizə deyim.1. Oksitosin. Bu həmçinin sevgi hormonu da adlanır. 2013 cu ildə aparılmış tədqiqata görə oksitosin partnyorları bir birinə bağlayır. Yəni öpüşənlər hər ikisi monoqam olmağa meyilli olur. Öpüşməyən portnyorların gözləri başqa istiqamətlərə daha çox kayır)
Oksitosinə sevgi hormonu adı niyə verilib? Çünki bu maddəyə görə,ana uşağı ilk dəfə əmizdirəndə körpəyə qarşı sevgi yaranır. Qeyd edim ki oksitosin süd vəzilərin giləsi qıcıqlananda daha çox artır. Oksitosin həmçinin uşaqlığı yığaraq qanaxmanı saxlayır deyə uşaq anadan olan kimi döşlə əmizdirilməsi tələb edilir. Nə isə qayidaq söhbətimizə.
Oksitosinden basqa beyində çaxan ildirımların nəticəsində2. Dofamin ifrazı artır. Bu maddə hər iki portnyorda həddən artıq xoş hiss- eyforiya yaratmaq işinə baxir. Öpüşənlər bu maddənin təsirinə görə gözlərini bağlayırlar, gözləri açanda isə başları qısa müddətli gicəllənir. Dofamin ürek döyüntüsünü, arterial təzyiqi artırmaqla əzələlərin qanla təchizatını yüksəldir. Hər iki portnyoru ağır fiziki işə - seksə hazırlayır.
Və nəhayət3. Serotonin. Bu maddə isə portyorların hər ikisinə relaxing, dincəlmək, rahatlaşmaq, əhval ruhiyənin yuksəlməsi hissini verir. Serotonin stress hormonu olan kortizolu basqılayır. Stressin bədənə olan mənfi tesirlərini götürür. Öpüşmə vaxtı bu maddə çıxmasa idi beyində yaranan ildırımları bədənimiz stress kimi qəbul edərdi və orqanizm zərər görərdi. Serotonin mediatoru depressiya əleyhinə çox güclü vasitədir. Bildiyiniz kimi ən müasir antidepressantlar məhz serotoninin bədəndə parçalanmasının qarşısını alan maddələrdir. Bu antidepressantlara misal kimi
Citalopram (Celexa)Escitalopram (Lexapro)Fluoxetine (Prozac)Paroxetine (Paxil, Pexeva)Sertraline (Zoloft) göstərmək olar. Tez -tez öpüşənlərin bu dermanları atmağa ehtiyacları yoxdur.Tez -tez öpüşənlər depressiyadan uzaq, optimist düşüncəli olurlar.
Psixoloq.az