Tanınmış psixoloq: Bəzi qadınlar daxildə potensial fahişədirlər – MÜSAHİBƏ

“Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya, mazoxizm”.

Son zamanlarda nikah statistikası sosial qəzaya bənzəyir: boşanmaların sayı demək olar ki, nikahların sayına bərabərdir. Psixoloqların fikrincə, bu, insanların – ailə qurmaqdan başqa – ağıla gələn istənilən digər səbəblərdən nikaha girmələrinin nəticəsidir.

Psixoloq.az Oxu.Az a istinadən xəbər verir ki, məşhur psixoterapevt və çoxsaylı kitabların müəllifi Mixail Litvak, kimin xoşbəxt ailə quracağı, kimin isə boşanmalar statistikasını artıracağı barədə danışıb.

Arayış: Litvak Mixail Yefimoviç (1938-ci ildə Rostov-na-Donuda anadan olub) 40 illik təcrübəsi olan psixoloq və psixoterapevt praktiki və populyar psixologiya üzrə kitabların müəllifi.

ac3d849a15eeeb73e4aa6ecb07ae4f17.jpg

Məşhur əsərləri: “Aykido psixologiyası”, “Spermatozoid prinsipi”, “Xoşbəxt olmaq istəyirsənsə”, “Taleyini necə bilmək və dəyişmək olar?”.

- Müsahibələrinizin birində xoşbəxt ailələrin olmadığını demisiz...

- Var, amma azdır. Mən özüm ailələri tədqiq etmişəm. 11 min ailəyə 3 xoşbəxt ailə düşür. Amma əsası – yalnız xoşbəxt ailələr – normaldır. Qalanları patologiyadır, iki bədbəxt insanın bərabər yaşamıdır.

- Bu, məhz rus xüsusiyyətidir?

- Niyə ki? Patologiya bu və ya digər şəkildə hər yerdə mövcuddur.

- Boşanmaların sayı niyə bu qədər çoxdur? İnsanlar həyat yoldaşı seçərkən səhvə yol verirlər?

- Bu, insanların pis tərbiyə olunduqları üçün baş verir. Onlara düşünməyi, ər və ya arvadı seçməyi öyrətməyiblər. Biz sorğu keçirmişik – hansı şəkildə sevgi etirafını daha çox bəyənərdilər? - “Mən sənsiz yaşaya bilmirəm”, “Mən səni heç vaxt incitməyəcəm”, “Gəl, həyat yükünü birgə çəkək” variantları təklif edilmişdi. Beləliklə, qadınların 75%-i “Mən sənsiz yaşaya bilmirəm” ifadəsini seçmişdilər. Görmürsüz ki, bu əyyaş və ya uşaq-kişinin etirafıdır? Amma əsl sevgi etirafı olan “Gəl, həyat yükünü birgə çəkək” ifadəsi heç kimin xoşuna gəlmədi.

- Ümumiyyətlə, məhəbbət nədir?

- Bu, məhəbbət obyektinin həyat və inkişafında fəal maraqlanmadır. Bax, hamı deyir: seviləsi heç kim yoxdur. Bəs sevməyi bacarırsız? Bizdə nikahlar sanki zəli kimi “Mən sənsiz yaşaya bilmirəm”ə əsaslanır.  

- Bəs məhəbbətə nə olur, zamanla o hara qeyb olur?

- Zamanla məhəbbət güclənir... Amma əvvəlcədən məhəbbət olmayıbsa, vəziyyət getdikcə pisləşir.

- Qadın və kişilərin nikah anlayışının fərqi nədir?

- Kişilər və qadınlar nikahı eyni görürlər. Amma kişini və ya qadını harda görmüsüz? Bizdə şalvar geyinən və ətək geyinənlər var. Belə ki, öncə kişi və ya qadın olmaq, sonra isə ailə qurmaq lazımdır. Ailə qurmağa fiziki sağlam, mənəviyyatı və maddi imkanı olanların haqqı var. Dilənçi, qeyri-peşəkarlara baş qoşmayın.

- Əgər münasibətlər seksdən başlayıbsa, gələcəkdə nə olacaq?

- Seks sonra baş verməlidir. Öncə ümumi dünyagörüşü olmalıdır. Məhəbbət bir-birinə deyil, eyni istiqamətə baxmaqdır. Kanada tədqiqatçıları ailəni möhkəmləndirən - dörd amil ayırıblar. Birinci – ümumi dünyagörüşü. İkinci – ümumi qastronomik zövq. Və yalnız üçüncü yerdə seksdir. Dördüncü yerdə bir-birini sığallamaqdır. Ailə seks üzərində qurularsa, bu yaxşı nəticələnməyəcək.

- Kişilər çox zaman özlərini erkəklərlə müqayisə edərək, xəyanətin labüd olduğunu söyləyirlər...

- Xəyanətlər insanların həyat yoldaşlarını səhv seçdikləri zaman baş verir. Əgər sən səhv etmisən və lazımi adamla evlənməmisənsə (ərə getməmisənsə), təbii ki, başqa birisi xoşuna gəlməyə başlayacaq.

- Hansı qadınlara xəyanət edirlər?

- Fiziki sağlam, mənəviyyatı olan və maddi azad olan qadınlara. Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya və mazoxizm. Birincisi, onlar ərə getmirlər, kimi isə tərbiyələndirməyə gedirlər. İkincisi, əyyaşla yaşayırlar. Əyyaş nədir? Heyvandır. Üçüncüsü – mazoxizmdən əziyyət çəkirlər – onlara əzab verilməsini sevirlər.

- Əgər qadın fiziki sağlamdırsa, maddi baxımdan müstəqildirsə, amma artıq cavan deyilsə? Onun perspektivi azdır?

- O daha çox perspektivə malikdir! Bu, artıq yetişmiş bir insandır. Ona qarnir deyil, bifşteks lazımdır. 45-50 yaşlarında qadın seksdə cavanları kölgədə qoyar.

- Görüşmələrin ilkin mərhələsində qarşındakı insanın sənə lazım olduğunu necə müəyyən etmək olar?

- Ünsiyyətə, jestlərə və geyim üslubuna görə. Sokrat: “Mənə bir şey de, səni görmək istəyirəm” deyib. Bir neçə ifadədən sonra, qarşında kimin dayandığını, dünyagörüşlərinizin üst-üstə düşməyini müəyyən etmək mümkündür.

- Tərəf müqabillərinin seksual konstitusiyaları da müvafiq olmalıdırmı?

- Əlbəttə. Əgər kişi seks ilə gündə 3 dəfə 50 dəqiqə müddətində, qadın isə ayda 1 dəfə 3 dəqiqə məşğul olmaq istəyirsə, onlarda heç nə alınmayacaq.

- Əgər uyğunsuzluq varsa, qadın kişiyə uyğunlaşa bilərmi və ya onu tərbiyələndirməyə cəhd edə bilərmi?

- Xeyr. Hazır malı almaq lazımdır, yarımfabrikatı yox. Yetişkin insanlar evlənməlidirlər. Tərbiyələndirmək isə yalnız bir adamı olar – yalnız özünüzü. Səhv etmisən, deməli ayrılmaq lazımdır. Başqasını tapmaq lazımdır.

- Harda axtarmaq lazımdır?

- Yalnız işdə. İnsanı işdə müşahidə edərkən, onun necə olduğunu görürsən. Baxın, biz sizinlə bir yerdə işləyirik, siz mənim haqqımda fikirə maliksiniz... Görüşlərdə və ya gecə klublarında yalnız yalançılar yığışır.

- Son zamanlarda qadınların tələbatları dəyişibmi?

- Son yüz min ildə olduğu kimi qalıb və heç bir dəyişiklik yoxdur.

- Bəs indiki qızların yalnız statuslu kişilərə ərə getmək istəmələri barədə nə deyərdiz?

- Doğrudur. Deməli, yetişiblər. Amma özün də statuslu olmalısan. Bizdə isə təəssüf ki, qadınların çoxunda potensial fahişə psixologiyasıdır: varlı kişi tapmaq lazımdır ki, yedizdirsin. Bunun əvəzində isə təsərrüfatla məşğul olmağı və yataqda ona aid olmağı planlayırlar. Hər şeyi öz adı ilə çağırmaq lazımdı: Bu, fahişəlikdi. Amma indi potensial alfons adlandıra biləcəyimiz kişilər də çoxdur, onlar özləri inkişaf etməyə çalışmadan, hesabına yaşaya biləcəkləri qadın axtarırlar.  

- Amma qadının kişinin kölgəsində qalaraq, onu yalnız ilhamlandırmalı, onun üçün komfortlu şəraiti yaratmalı olduğu barədə nəzəriyyə mövcuddur...

- Siz kişini şalvar geyinənlərlə səhv salırsınız. Kişini ilhamlandırmaq lazım deyil. O, öz işindən və aldığı nəticələrdən ilhamlanır. Kişi və ya qadın üçün yaşamaq olmaz.

- Bəs uşaqlar üçün?

- Heç olmaz... Uşaqlar nə qədər yaxşı və ya pis olsalar da onsuz da 18-20 yaşlarında səni tərk edəcəklər. Kişi və qadın bir-birinə daha yaxındırlar, uşaqlar isə müvəqqəti bir şeydirlər. Məhəbbətimizin meyvəsidir.

- Boşanma nəticəsində qadınlar bu “məhəbbət meyvələri” ilə qalır, kişilər isə uşaqlı qadını almaq istəmədiklərini iddia edirlər...

- Kişi üçün (şalvar geyinən üçün yox) birinci nikahdan olan uşaq problem deyil. Niyə? Çünki o, sevdiyi qadının yanında olsun deyə uşaq üçün hər şey edər. Amma qadın uşağın hər şeydən üstün olduğunu düşünürsə, o heç vaxt nikahda xoşbəxt olmayacaq.

- Belə bir fikir var ki, nikah institutu məhv olur, gələcək nəsil alternativ birgə yaşama tərəfdarıdır. Belə qonaqsayağı formaya necə münasibət bəsləyirsiniz?

- Qonaqsayağı nikah elə də pis hesab olunmaz. Olur axı, insanlar vətəndaş nikahında yaşayırlar – normaldır. Elə ki, qeydiyyatdan keçdilər, hər şey pisləşir.

- Belə dəyişikliklərin səbəbi nədir?

- İnsan azad olmaq istəyir. Rəsmi nikah onu sıxır. Pasportdakı möhür heç nəyi dəyişmir. Bu, yalnız axmaqlar üçün dəyişir.

Mənbə: Oxu.az