Tanınmış psixoloq Doğan Cüceloğli evində ölü tapıldı

Tanınmış Türkiyəli psixoloq və yazar Doğan Cüceloğlunun meyiti, İstanbulda yaşadığı evdə aşkar edilib.
Psixoloq.az xəbər verir ki, 83 yaşlı psixoloqun ölüm səbəbi hələ bəlli deyil. Hadisə yerinə gələn polislər araşdırmaya başlayıblar.

Qeyd edək ki, Doğan Cüceloğlu 1938-ci ildə Mersinin Silifke qəsəbəsində çoxuşaqlı ailənin 11-ci övladı olaraq dünyaya gəlib.

İlk təhsilini Ankarada alan Doğan Cüceloğlu, daha sonra İstanbul Universitetinin Psixologiya Fakültəsindən məzun olub. ABŞ-da Doktoranturada təhsilini davam etdirən Doğan Cüceloğlu, dünyanın bir çox ölkəsində konfrans və seminarlarda çıxış edib.

Mərhum alim "Yeniden insan insana", "Savaşçı", "Geliştiren Anne-Baba" İnsan və Davranışı və.s. kitabların müəllifidir.