Tanınmış uşaq psixonevroloqu Təranə Quliyeva Enurezlə bağlı sosial marifləndirmə başlatdı-Video

Psixoloq.az xəbər verir ki,tanınmış uşaq psixonevroloqu  dr.Təranə Quliyeva özünə məxsus sosial hesabında  Enurezlə bağlı maraqlı animasiya tanıtım çarxını izləyicilərinə təqdim etmişdir. Dr Təranə Quliyeva  Enurez haqqında bəhs edən videoanimasiyada uşaqlarda bu halın bir çox hallarda qorxudan,şüuraltı hansısa narahatçılıqdan,ailə münasibətlərində yaranan hər hansı bir konfliktdən və ya qorxulardan yarana bildiyini vurğulayıb.Mütəxəssis valideynlərə uşaqlarında Enurez hallarınn müşahidəsi zamanı uşağı danlamamağı,tənqid edərək şəxsiyyətini əzməməyi və bu durumun yaranma səbəblərini araşdırmaq və müalicə etmək üçün acilən Uşaq Nevroloquna müraciət etmələrinin zəruri olduğunu bildirib.Həmin Video animasiyanı sizlərə təqdim edirik.

 

Psixoloq.az