Bildiyimiz kimi ölkəmizdə mövcud olan vəziyyət- valideynlərin gündəlik həyat tərzini gərginləşdirib.Lakin hər bir neqativ və çətin vəziyyətdə bir xeyir var.Biz həyat rutinimizdə,həyat qayğılarımızda övladlarımıza yetərincə zaman ayıra bilməməyimizdən şikayətlənirdik.Məlum vəziyyət isə doğmalarımıza ,uşaqlarımıza- vaxt ayırıb onların maraq dairəsin genişləndirməyə bizlərə şərait yaratdı.Ən tez tez verilən sual-bütün günü uşaqları necə ev şəraitində saxlayaraq?bu mümkündürmi?
İlk öncə time managment(vaxtı idarəetməsinə diqqət yetirməliyik)-saat neçədə oyanıb nə etməyimizə.İlk öncə uşaqlarda gigiyenik vərdişləri yarada bilməyən valideynlərə üzümü tutub söyləyirəm ki,indi əsl zamanıdır:səhər diş firçalamağı sevməyən,dərsə tələsməyini vəya gecikməyini bəhanə gətirən uşaqlar-indi bunu valideynləri ilə birlikdə heçbir yerə tələsmədən əyləncəli şəkildə edə bilərlər.Sonra təbii ki dərslərə qatılmağımız mütləqdir(dünya praktikasında distant online dərslər çoxdan tətbiq olunur)lakin doğma Vətənimizdə bu praktika artıq öz bəhrəsin verir.Dərsə öz sinif yoldaşları ilə birlikdə qatılaraq-onlar ilə həm ünsiyyət qurub həmdə bu yeni bir dərs rejiminə də adaptasiya olurlar.
Övladlarımızın psixoloji və fizioloji sağlamlığı çox vacibdir-bunun üçün dərslərə ara verən zaman idman hərəkətləri,əzələ relaksasiyası da həmçinin önəmlidir.İdman alətləri,hər hansı idman ləvazimatları bir çox ailələrdə var-onların vasitələri ilə də oturaq həyat tərzimizi(az hərəkətliliyizi-gipodinamiyanı ),aradan qaldıra bilərik.Musiqili idman hərəkətləri əhval ruhiyyəmizi yüksəldərək,movcud xoşbəxtlik hormonlarımızı artıraraq gündəlik həyatımıza rəng qatacaq.
Bu karantin vaxtı vaxtımızı səmərəli keçirərək:kitab oxumaq(uşaqlarımız üçün bir çox audiokitablar yaradılıb),virtual akvarium,zoopark,muzeyləridə seyr edə bilərik.Ailəlikcə stolüstü oyunlar(loto,domino,cenqa,monopoliya və s.)strolüstü bir çox müasir oyunlar ilə vaxtımızı keçirə bilərik.Keçmiş illərdə bir sıra yaddaş, diqqət ,məntiq zəifləməsinin qarşısın almaq məqsədi ilə-nənə babalaramız -krossvord,çaynvord,sudoku və s.kimi oyunları oynayaraq asudə vaxtların zənginləşdirirdilər.
Uşaqlar ilə menu düşünün-və bunları əyləncəli şəkildə birlikdə edin.Birlikdə xəmir xörəklərdən məsələn:düşbərə,pizza,pirojki kimi yeməkləri hazırlayın.
Toxuma,tikmə,kinetik qum,plastilin ilə məşğələlər təşkil edin.Hətta nağıl qəhrəmanları albomda çəkib,rəngləyərək onları qalın bir kartona yapışdırıb-ailəvi nağılterapiyasıda etmək olar.
Bir sözlə vəziyyəti düzgün və sizin ailə prinsiplərinizə uyğun dəyərləndirin.Sağlam və nikbin olun.
Psixoloq Nigar Cəbrayıl