Uşaqlarda olan qeyri-iradi hərəkətlər - Tik nədir?

Tik bir ve ya bir neçə əzələ qrupunda yaranan, təkrarlanan özünü istəksiz hərəkətlərlə göstərən pozuntudur. Ən çox rast gəlinənlər göz qırpma, burnunu hərəkət etdirmə, dodaq oynatma, qaşlarını qaldırmaq kimi üz tikləridir. Öskürək şəklində olan tiklər də var. Yuxu zamanı tik itir. Bu hal, yuxusuzluq, yorğunluq vəziyyətində artır. Əgər təkrarlanan hərəkətlər bir aydan tez keçib gedərsə təkrarlanan tik, bir ildən çox davam edərsə xroniki tik adlanır. Tiki olan uşaqların ailələrində də tiklərə rast gəlinir.

Əziz valideynlər bu əlamətləri uşaqlarınızda gördüyünüz an psixoloqa müraciət etməyiniz vacibdir.

NUPM psixoloqu Çinarə Muradova

Psixoloq.az