Qoç Alacağınız bəzi xəbərlər canınızın sıxılmasına səbəb olacaq. Bu baxımdan gərginlik istisna deyil. Ancaq əhvalınız yüksək olduğu üçün bunların üzərində çox dayanmayacaqsınız.
Buğa Istəkləriniz artır. Lakin məntiqli davranmağı bacaracaqsınız. Bir az narahat və gərgin olmaqla yanaşı səfər edərək üzərinizdəki çətinliyi ata bilərsiniz.
Əkizlər Bu gün eşidəcəyiniz bir xəbər narahatlıq yaradacaq. Lakin qərar vermək üçün hələ tezdir. Yoldaşlarınızla aranızdakı əlaqələri düzəltməyə çalışın. Başınız qarışıq olduğu üçün bir az təlaşlı və gərgin davranacaqsınız.
Xərçəng Diqqətinizi yönəltdiyiniz mövzularla bağlı məsələlərdə nə zamandır qərar verə bilmirsiniz. Günün maliyyə mənzərəsi isə kefinizi yüksəldəcək. Heç nəyin narahatlığını keçirməyəcəksiniz.
Şir Hadisələrə pessimist baxacaq, xırda anlaşılmazlıqları böyüdəcəksiniz. Eşidəcəyiniz xəbərlər sizi hərəkətə keçirəcək. Işlərinizi sürətləndirəcəksiniz.
Qız Gün boyu məntiqli addımlar atacaqsınız. Sevdiyiniz şəxslə aranızdakı münasibəti düzgün istiqamətdə qurmaqla özünüzü daha rahat və şən hiss edəcəksiniz.
Tərəzi Sevdiyiniz şəxlə aranızdakı əlaqələr istədiyiniz kimi olacaq. Daha əvvəl gərginlik yaradan problemləri təhlil etməyə başlayacaqsınız. Dostlarınızın dəstəyini alacaqsınız.
Əqrəb Hərəkətə keçmək istədiyiniz mövzularda çox xoş inkişaflar meydana gələcək. Özünüzə olan inam artacaq və əvvəldən qurduğunuz planların tətbiqinə başlayacaqsınız. Duyğularınız və istəkləriniz getdikcə güclənir.
Oxatan Bu gün gözləmədiyiniz situasiya ilə qarşılaşacaqsınız. Gərəksiz yerə pul xərcləməyin. Işlərinizlə bağlı gözlədiyiniz bəzi xəbərləri bu gün ala bilər və bundan həyəcanlana bilərsiniz.
Oğlaq Hərəkətli bir gündür. Hadisələr böyük bir həyəcan yaşadacaq. Ürəyinizdən keçənləri sevgilinizlə paylaşın. Uzaqlarda olan yaxınlarınızla görüşə bilər və ya onun ziyarətinə gedə bilərsiniz.
Dolça Duyğularınızın hərəkətə keçdiyi bir gündür. Yoldaşlarınızla çox xoş tədbirlər təşkil edə bilərsiniz. Sevgilinizlə birlikdə dost dəvətlərinə qatıla bilərsiniz. Spirtli içkilərdən uzaq durmağınız məsləhətdir.
Balıqlar Səbirsiz olmaqla gözlənilməz qərarlar verə bilərsiniz. Istəklərinizi ortaya qoymadan əvvəl bir daha düşünün. Yanlışlıqlara yol verməyin. Yoldaşlarınıza qarşı bir az səbirli davranın.