Həyatda mühüm dəyişikliklərə və ya stress hadisələrinə adaptasiya periodunda yaranan, içtimai fəaliyyətə vəhərəkətlərə çətinlik törədən subyektiv distress və emosional pozuntu halıdır. Stress halı fərdin sosial əlaqələrinin tamlığını (ağır itki, ayrılıq) və ya sosial müdafiə və dəyərlərin geniş sistemini (miqrasiya, qaçqınlıq statusu) poza bilər və ya həyatda dəyişikliklərin və dönüşlərin geniş diapazonunu (məktəbə daxil olma, valideyinlik statusu əldə etmə, müqəddəs şəxsi məqsədə çatmaqda müvəffəqiyyətsizlik, istefaya getmə) təqdim edə bilər. Fərdi meyllik və tez təsirlənmə uyğunlaşdırıcı reaksiyaların pozğunluqlarının yaranma riskində və meydana çıxma formasında əsas rol oynayır, lakin belə pozuntuların travma törədici faktorların iştirakı olmadan meydana çıxması qəbul edilmir. Əlamətlər çox variabeldirlər və əhval-ruhiyyənin olmaması, ehtiyatlılıq və ya narahatçılıq (və ya bu halların kompleksi), situasiyanın öhdəsindən gəlməmək hissiyatı, hər şeyi əvvəlcədən planlaşdırma və ya hazırki situasiyada qalmaq qərarı daxildir, həmçinin gündəlik həyatda fəaliyyət qabiliyyətinin bir qədər azalma dərəcəsini özündə birləşdirir. Eyni zamanda davranış pozuntuları da, xüsusi ilə yeniyetmə yaş dövründə qoşula bilər. Xarakter əlaməti kimi qısa və ya uzunmüddətli depressiv reaksiya və ya digər emosiyaların və davranışın pozulmaları ola bilər.Mədəni şokKədər reaksiyasıUşaqlarda hospitalizm