2014-2018 illərdə Bakı Dövlət Universitetində "Psixologiya" ixtisası üzrə bakalavr təhsili almışdır.
2018-2020 illərdə Türkiyənin Samsun şəhərində yerləşən, Ondokuz Mayıs Universitetində "Qadın və Ailə Araşdırmaları" üzrə magistratura ixtisasını bitirərək "Uzmanlıq" dərəcəsini almışdır.
2019-2020 illərdə Türkiyənin İstanbul şəhərində yerləşən, Yıldız Teknik Universitetində "Psixoloji Konsultasiya" ixtisası üzrə ikinci magistratura təhsilinə davam etməkdədir.
Bakalavr təhsili müddətində 2016-2018 illəri ərzində Psixi Saglamlıq Mərkəzində 2 illik staj təcrübəsi vardır. Bakalavr təhsil müddətində Sos Uşaq Kəndlərində könüllü psixoloq olaraq çalışmışdır.
2019-cu ildə Türkiyənin Trabzon şəhərində, Karadeniz Teknik Universitetində baş tutan "5. Beynəlxalq Sosyal Elmlər Tələbə Konqresində" 48 fərqli ölkədən qatılan 965 magistratura və doktorantura tələbələri arasından seçilərək konqredə təqdimat haqqı qazanan 108 qatılımcıdan biri olmuşdur. Konqreyə, Samsun şəhərində 300 ev qadını üzərində etdiyi "Ev Kadınlarının Psikolojik İyi Oluş Düzeylerinin Bazı Değişkenlere Göre İncelenmesi" isimli araştırma ilə qatılma haqqı qazanmışdır. Konqredə müəllifi oldugu elmi araştırmasını uğurlu bir şəkildə təqdim etmişdir.
Hal hazırda fərdi konsultasiyalar qəbul etməkdədir.