Uzun müddət davam edən terapiyanı pul tələsi hesab edirlər-Psixoloq Şahin Əliyev

Psixoloq Şahin Əliyev özünün sosial şəbəkə hesabından paylaşım edərək insanların psixoloji xidmətdən istifadə edərkən əvvə nəticə almadıqları psixoloq və psixiatrlarla yeni müraciət etdiyi psixoloqa inamsız yanaşmanın yalnış olduğu barədə müraciət edib .

Psixoloq.az həmin paylaşımı olduğu kimi təqdim edir:

Psixoloq, Psixiatrlarla bağlı aktual bir məsələni insanların diqqətinə çatdırmaq istəyirəm. Peşə fəaliyyəti ərzində qarşılaşdığım bir situasiya var. İnsanlar fayda almadıqları psixoloq və ya psixiatrı hal hazırda müraciət etdiyi psixoloq və ya psixiatrla eyniləşdirir və yenədə bir şeyin dəyişməyəcəyini qətiyyətlə iddia edirlər. Bu cür ümumiləşdirmə adətən daha spesifik pozuntulardan əziyyət çəkən insanlarda daha çox olur. Məsələn, panik pozuntu, obsessiv - kompulsiv pozuntu, yeme pozuntuları xüsusi ilə anoreksiya və s. Əziz insanlar, bütün psixoloqlar, psixiatrlar onların terapiya metodları eyni deyil, fərqlidir. Psixoloq psixoterapiya, psixiatr derman terapiyası edərək müraciət etmiş şəxsə kömək etməyə onda olan problemi korreksiya etməyə çalışır amma bəzən bu kifayət etmir, çünki həmin şəxsin ailə dinamikası, yaşayış yeri, işi ümumilikdə sosial faktorlar, bioloji faktorlar(genetik ötürücülük) uşaqlıq yaşantıları və s hamısı şəxsdə olan problemə öz təsirini göstərir. İnsanlar isə daha tez sağalmaq daha tez fayda almaq istəyirlər, uzun müddət davam edən terapiyanı isə (8-12 seans) pul tələsi hesab edirlər. Amma bu belə deyil. Düşünün zamanla sizdə yaranmış bir problemi qısa zamanda necə terapiya etmək olar? Yuxarıda yazdıqlarımı xatırlayın. Bundan başqa sizin məndə heç bir problem yox idi birdən yarandı deyə düşündüyünüz psixoloji narahatçılıqlar, birdən yaranmır, həm yuxarıda sadaladıqlarım faktorlar həmdə yaşantılarla pillə pillə toplanır və sizin dediyiniz O bir anda ortaya çıxır. Bu səbəbdən bəzən mütəxəsisi günahlandırmaq və ya ümumiləşdirmə, eyniləşdirmə aparmaq əvəzinə müraciət etdiyiniz mütəxəsisə və işinə daha çox inanın. O zaman terapiya proseduruna köməklik etmiş olarsınız. Əksinə avtomatik (irrasional) düşüncələrin əsiri olsanız, ən yaxşı hesab etdiyiniz mütəxəsis belə sizə kömək edə bilməyəcək.